Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azər­bay­can-Uk­ray­na hü­qu­qi əmək­daş­lı­ğı ge­niş­lə­nir

Azər­bay­can-Uk­ray­na hü­qu­qi əmək­daş­lı­ğı ge­niş­lə­nir

24.06.2017 [09:15]

Azər­bay­can-Uk­ray­na əla­qə­lə­ri müx­tə­lif sa­hə­lər­də uğur­la in­ki­şaf edir. Zən­gin mü­qa­vi­lə ba­za­sı­na söy­kə­nən bu mü­na­si­bət­lər­də hü­quq əmək­daş­lı­ğı da xü­su­si yer tu­tur. İki öl­kə ara­sın­da bağ­lan­mış döv­lət­lə­ra­ra­sı mü­qa­vi­lə­lər, həm­çi­nin Əd­liy­yə na­zir­lik­lə­ri ara­sın­da im­za­lan­mış əmək­daş­lı­ğa da­ir Sa­ziş çər­çi­və­sin­də sə­mə­rə­li qar­şı­lıq­lı fəa­liy­yət hə­ya­ta ke­çi­ri­lir.
Əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si məq­sə­di­lə ca­ri il iyu­nun 23-də Uk­ray­na­nın əd­liy­yə na­zi­ri Pav­lo Pet­ren­ko və na­zir müa­vi­ni Qi­ya Qe­sad­ze öl­kə­mi­zə sə­fə­rə gə­lib­lər.
Əd­liy­yə Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən AZƏR­TAC-a bil­di­rib­lər ki, sə­fər za­ma­nı qo­naq­lar əv­vəl­cə Fəx­ri xi­ya­ban­da Ulu ön­dər Hey­dər Əli­ye­vin əziz xa­ti­rə­si­ni yad edə­rək mə­za­rı önü­nə ək­lil qo­yub­lar.
Gör­kəm­li of­tal­mo­loq-alim, aka­de­mik Zə­ri­fə xa­nım Əli­ye­va­nın da xa­ti­rə­si anı­la­raq, mə­za­rı üzə­ri­nə tər çi­çək­lər dü­zü­lüb.
Qo­naq­lar, həm­çi­nin Şə­hid­lər xi­ya­ba­nın­da öl­kə­mi­zin müs­tə­qil­li­yi və əra­zi bü­töv­lü­yü uğ­run­da hə­lak ol­muş həm­və­tən­lə­ri­mi­zin mə­zar­la­rı­nı zi­ya­rət edə­rək “Əbə­di mə­şəl” abi­də­si önü­nə ək­lil qo­yub­lar.
Son­ra Əd­liy­yə Na­zir­li­yin­də res­pub­li­ka­mı­zın əd­liy­yə na­zi­ri Fik­rət Məm­mə­do­vun və Uk­ray­na­nın əd­liy­yə na­zi­ri Pav­lo Pet­ren­ko­nun gö­rü­şü ke­çi­ri­lib.
Gö­rüş­də öl­kə­lə­ri­miz ara­sın­da dost­luq və əmək­daş­lıq mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı qeyd olu­na­raq bu əla­qə­lə­rin möh­kəm­lən­mə­sin­də döv­lət baş­çı­la­rı­nın xü­su­si ro­lu vur­ğu­la­nıb. Həm­çi­nin hü­qu­qi sa­hə­də əmək­daş­lı­ğa to­xu­nu­la­raq qar­şı­lıq­lı fəa­liy­yə­tin ge­niş­lən­di­ril­mə­si üçün yax­şı im­kan­la­rın ol­du­ğu bil­di­ri­lib, hər iki döv­lət­də əd­liy­yə və məh­kə­mə sa­hə­sin­də apa­rı­lan is­la­hat­lar ba­rə­də fay­da­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.
Na­zir F.Məm­mə­dov Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə məh­kə­mə sis­te­min­də apa­rı­lan is­la­hat­lar, o cüm­lə­dən məh­kə­mə ha­ki­miy­yə­ti­nin möh­kəm­lən­di­ril­mə­si ilə bağ­lı qa­nun­ve­ri­ci­li­yin da­im tək­mil­ləş­di­ril­mə­si, elekt­ron məh­kə­mə­nin tət­bi­qi, ha­kim­lə­rin Av­ro­pa Şu­ra­sı və Av­ro­pa İt­ti­fa­qı tə­rə­fin­dən ör­nək ki­mi də­yər­lən­di­ri­lən ən şəf­faf se­çi­mi ba­rə­də mə­lu­mat ve­rib. Na­zir məh­kə­mə inf­rast­ruk­tu­ru­nun müa­sir­ləş­di­ril­mə­si üz­rə təd­bir­lər­dən bəhs edə­rək döv­lə­ti­mi­zin baş­çı­sı­nın iş­ti­ra­kı ilə Nə­ri­ma­nov Ra­yon Məh­kə­mə­si­nin müa­sir in­zi­ba­ti bi­na­sı­nın ye­ni­cə açı­lı­şı­nı xü­su­si vur­ğu­la­yıb. Həm­çi­nin Azər­bay­can bren­di olan və əd­liy­yə­nin də mü­va­fiq xid­mət­lər gös­tər­di­yi “ASAN xid­mət”in və­tən­daş məm­nun­lu­ğu­nu tə­min edən fəa­liy­yə­tin­dən bəhs olu­nub.
Azər­bay­ca­na ilk də­fə sə­fə­rin­dən məm­nun­lu­ğu­nu bil­di­rən uk­ray­na­lı na­zir bir-bi­ri­nə ya­xın və dost olan öl­kə­lə­ri­mi­zin bü­tün sa­hə­lər­də uğur­la əmək­daş­lıq et­di­yi­ni vur­ğu­la­yıb. Qo­naq res­pub­li­ka­mız­da apa­rı­lan məh­kə­mə-hü­quq is­la­hat­la­rı­na bö­yük ma­raq gös­tə­rə­rək təq­dir edib, öz öl­kə­sin­də də bu sa­hə­də kök­lü is­la­hat­la­rın apa­rıl­dı­ğı­nı bil­di­rib. Na­zir P.Pet­ren­ko hü­qu­qi sa­hə­də təc­rü­bə mü­ba­di­lə­si­nin əhə­miy­yə­ti­ni qeyd edə­rək bu­nun üçün qar­şı­lıq­lı fəa­liy­yə­tin in­ki­şaf et­di­ril­mə­sin­də ma­raq­lı ol­du­ğu­nu söy­lə­yib.
Söh­bət za­ma­nı, həm­çi­nin Er­mə­nis­tan-Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin acı hə­qi­qət­lə­ri diq­qə­tə çat­dı­rı­lıb, Uk­ray­na tə­rə­fi Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü və bey­nəl­xalq təş­ki­lat­lar­da haq­lı möv­qe­yi­ni da­im dəs­tək­lə­di­yi­ni bil­di­rib.
Gö­rüş­də əmək­daş­lı­ğın pers­pek­tiv­lə­ri mü­za­ki­rə olu­nub, pro­ba­si­ya və me­dia­si­ya ins­ti­tu­tu­nun tət­bi­qi, əha­li­yə hü­qu­qi xid­mət­lə­rin gös­tə­ril­mə­si, no­ta­ri­at ins­ti­tu­tu­nun fəa­liy­yə­ti, kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə və di­gər qar­şı­lıq­lı ma­raq do­ğu­ran mə­sə­lə­lər ət­ra­fın­da fay­da­lı fi­kir və təc­rü­bə mü­ba­di­lə­si apa­rı­lıb.
Təd­bir­də Azər­bay­ca­nın Uk­ray­na­da­kı sə­fi­ri Azər Xu­di­yev və əd­liy­yə na­zi­ri­nin müa­vi­ni Toğ­rul Mu­sa­yev iş­ti­rak edib­lər.
Qo­naq­lar na­zir­lik­də Əd­liy­yə ta­ri­xi mu­ze­yi ilə ta­nış olub, nü­ma­yən­də he­yə­ti­nə müa­sir əd­liy­yə fəa­liy­yə­ti­nə, öl­kə­də hə­ya­ta ke­çi­ri­lən məh­kə­mə-hü­quq is­la­hat­la­rı­na da­ir, ha­be­lə Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı ma­te­ri­al­la­rı əks et­di­rən xü­su­si bro­şür­lər təq­dim edi­lib.
Hə­min gün na­zir P.Pet­ren­ko­nun Ali Məh­kə­mə­də gö­rü­şü olub, qo­naq­lar, həm­çi­nin “ASAN xid­mət”in fəa­liy­yə­ti, elə­cə də Ba­kı­nın ta­ri­xi və mə­də­ni abi­də­lə­ri, o cüm­lə­dən Hey­dər Əli­yev Mər­kə­zi ilə ta­nış olub­lar.

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31