/ / Mənzillərin bölgüsü müvafiq komissiya tərəfindən tam ədalətli və şəffaf şəkildə həyata keçirilib
Mənzillərin bölgüsü müvafiq komissiya tərəfindən tam ədalətli və şəffaf şəkildə həyata keçirilib
21.07.2017 [09:10]
Media nümayəndələri tərəfindən təqdim olunan müraciətlərin əvvəlcədən elan olunmuş şərtlərə və tələblərə uyğunluğu ciddi şəkildə araşdırılıb
Nəhayət, Azərbaycanın çoxsaylı jurnalistlər ailəsinin səbirsizliklə gözlədiyi əlamətdar gün gəlib çatdı. Milli Mətbuat Günü ərəfəsində Azərbaycan mediasını təmsil edən 255 jurnalist yeni mənzil almağın böyük sevincini yaşayıb. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Onlardan 9-u birotaqlı, 144-ü ikiotaqlı, 93-ü üçotaqlı və 9-u dördotaqlı mənzillərdir.
Qısa müddətdə Bakıda belə bir müasir jurnalistlər şəhərciyinin yaradılması bütövlükdə Azərbaycan mətbuatının inkişafına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dövlətin nümayiş etdirdiyi siyasi iradənin və şəxsən Prezident İlham Əliyevin hümanistliyinin ifadəsidir. Ölkəmizdə həm praktiki müstəvidə məqsədyönlü tədbirlər reallaşdırılır, islahatlar aparılır, həm də ardıcıl şəkildə hüquqi baza möhkəmləndirilir. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət tərəfindən davamlı şəkildə dəstək verilməsi, jurnalistlərin sosial təminatının gücləndirilməsi, o cümlədən də media təmsilçilərinin mənzil şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin ölkədə fikir plüralizminin təmin olunmasında, bütövlükdə ölkə həyatının demokratikləşməsində mühüm vəsilə olan medianın inkişafına qayğısının növbəti təzahürüdür.
Ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli mediyaya dövlət dəstəyi siyasəti son 13 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Dövlət başçısının 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. 2009-cu ildə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən illərdə uğurla fəaliyyət göstərərək siyasi orientasiyasından asılı olmayaraq media qurumlarının inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına hər cür dəstək göstərib.
Dünya praktikasında jurnalistlərin dövlət tərəfindən təmənnasız mənzillə təmin olunması təcrübəsi yoxdur. Bu nadir və çox təqdirəlayiq nümunə məhz Azərbaycanda tətbiq edilir. Bu təcrübənin ideya müəllifi, təşəbbüskarı və praktiki müstəvidə dəstək verəni məhz Prezident İlham Əliyevdir.
2013-cü ildə 156 nəfər media təmsilçisinin təmənnasız mənzillə təmin olunmasından sonra dünən daha 255 jurnalist yeni mənzilinə qovuşub. Bu dəfə mənzil almaq xoşbəxtliyi yaşayan jurnalistlər arasında milli mətbuatımızın inkişafına töhfə verən tanınmış qələm sahiblərinin adlarına rast gəlmək mümkündür. Ümumiyyətlə, mənzillərin bölgüsü müvafiq komissiya tərəfindən tam şəffaf şəkildə həyata keçirilib. Mənzillər bölüşdürülərkən redaksiyalar tərəfindən komissiyaya təqdim olunan siyahılarda yer alan jurnalistlərin fəaliyyəti və onların əvvəlcədən elan olunan şərtləri nə dərəcədə ödədikləri ciddi şəkildə araşdırılıb. Komissiyaya həmçinin jurnalistlər fərdi qaydada da müraciət ediblər. Onların da milli mətbuatımızın inkişafına verdikləri töhfələr nəzərə alınaraq müvafiq qərarlar çıxarılıb. Hərtərəfli araşdırmalardan sonra 255 namizəd seçilərək mənzil almaq hüququna layiq görülüb.
Jurnalistlərə hədiyyə olunacaq mənzillərin müəyyənləşdirilməsində də bir çox nüans nəzərə alınıb. Belə ki, media təmsilçilərnin sosial vəziyyəti, ailə tərkibi, mətbuatımızın inkişafındakı xidmətləri və digər parametrlər tam nəzərdən keçirilib obyektiv qiymətləndirildikdən sonra heç bir narazılığa yer qoymadan jurnalistlərə mənzillərin paylanılması reallaşdırılıb. Tədbirdə iştirak edən və dövlətin, şəxsən Prezident İlham Əliyevin humanizmi nəticəsində yeni mənzilə sahib olan media təmsilçilərinin üzlərindəki təbəssüm və razılıq da məhz bu gerçəkliyi ortaya qoyub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17

