Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Lahıca gəliblər
29.07.2017 [10:56]
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 28-də İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəliblər.
AZƏRTAC xəbər verir ki, qəsəbə ilə tanışlıq zamanı qonaqlara Lahıcın tarixi, mədəniyyət abidələri, turizm potensialı barədə ətraflı məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazidə yerləşən Lahıc qəsəbəsi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir. Bu orta əsrlər yaşayış məskəni Qafqazda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biri olub. Lahıc xüsusilə oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanması ilə məşhurdur. Yay məktəbinin iştirakçıları qəsəbədəki emalatxanada müxtəlif məişət əşyalarının hazırlanması prosesinə baxıblar.
Bildirilib ki, Lahıcın ilk məhəlləsinin əsası III-IV əsrlərdə qoyulub. Maraqlıdır ki, şəhərdə 1500 ildən artıq yaşı olan su-kanalizasiya sistemi fəaliyyət göstərir. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb.
Tarix-diyarşünaslıq muzeyində yay məktəbinin iştirakçılarına məlumat verilib ki, Lahıc XVIII-XIX əsrlərdə də Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, sərnic, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məişət əşyaları dünyanın müxtəlif ölkələrində ən məşhur muzeyləri və şəxsi kolleksiyaları bəzəyir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

