Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatıb
26.08.2017 [10:05]
Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin səmərəli təşkili, onların vətənə məhəbbəti, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail Rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi ilə ənənəvi təşkil olunan “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və Qarabağ müharibəsi əlillərinin, veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə 150-dən çox yeniyetmə üçün Quba şəhərində DİN Daxili Qoşunların “N” saylı hərbi hissəsində təşkil olunan yaddaqalan istirahət başa çatıb.
Düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq, istirahətlərinin daha yaddaqalan edilməsi məqsədi ilə Səbail rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar tərəfindən hər cür şərait yaradılıb. Hərbi hissədə əsgər kazarmalarından biri məhz onlar üçün ayrılıb, burada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, ənənəvi təşkil olunan düşərgənin tarixinə həsr olunan stendlər asılıb.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrinə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırımı muzey-kompleksinə gəzintiləri təşkil edilib, yeniyetmələr hərbi hissədə şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıblar. Həmçinin düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı görüşlər keçirilib, filmlər nümayiş etdirilib.
İstirahətin sonuncu günündə tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunub.
Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və digər qonaqlar çıxış edərək Səbail RİH-in Daxili Qoşunlarla birgə təşkil etdiyi bu layihənin əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin yeniyetmələrimizin və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq və yeniyetmələrə olan diqqətindən, qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıblar.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Sonra onlar Daxili Qoşunların silah və texnikası ilə tanış olublar. Xüsusi təyinatlı dəstənin çıxışı xüsusi maraqla qarşılanıb.
Daha sonra düşərgədə keçirilən idman və digər yarışlarda qalib gələn şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənən dəstə rəhbərlərinə, hərbçilərə qiymətli hədiyyələr təqdim edilib, böyük konsert proqramı təşkil olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58

