“AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlim təşkil edib
29.08.2017 [10:16]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “AppLab” proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb. Təlimlərin mövzuları seçilərkən şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən komandaların istək və ehtiyacları nəzərə alınıb. “Biznes planın qurulması” adlanan ilk təlimdə düzgün tərtib olunmuş biznes planının startapın uğur qazanmasında rolu, onun strukturu, hazırlanması, tətbiqi və qiymətləndirilməsi prosesi haqqında danışılıb. Təlimin sonunda “AppLab” iştirakçıları üzərində çalışdıqları layihələrin ilk biznes planlarını qurublar.
“İştirak etdiyim bu ilk təlim sayəsində məhsulun satışa çıxarılması və investorlarla əlaqələrin qurulmasının müxtəlif üsulları barədə ətraflı məlumat əldə etmişəm. Bundan əlavə, bu təlim biznes planın hazırlanması və biznes planın istənilən startap üçün nə dərəcədə əhəmiyyətli olmasını əyani şəkildə sübut etdi”, - deyə “BuilDay” adlı tətbiqetmənin təsisçisi Sadıq Hüseynov bildirib.
Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən 7 layihənin komanda üzvləri bundan sonra “Piçinq üzrə master klass”, “Blockchain”ə giriş üzrə intensiv təlim”, “İnvestorlarla Əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlimi, “Biznes Planın Hazırlanması üzrə intensiv təlim” və “Layihələrin İdarə Olunmasının Əsasları üzrə təlim” mövzularında keçirilən təlimlərdə iştirak etməklə öz bacarıqlarını artıracaqlar.
Şirkətdən verilən məlumatda qeyd olunur ki, hər bir təlim əsas nəzəri hissə və praktiki hissədən (“case study”) ibarət olacaq. Ümumilikdə, təlimlərin müddəti 25 saatdır. 3 ay davam edəcək təlimlərdə “AppLab” tərəfindən dəstəklənən komandalar düzgün biznes planın yazılması, layihələrin idarə olunması, investorlar qarşısında çıxış və əlaqələrin qurulması üzrə lazımi bilik və bacarıqlar əldə edəcək.
Tədbirlər ölkə daxilində təlim, qiymətləndirmə və konsaltinq xidməti göstərən aparıcı şirkətlərdən olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.
Xatırladaq ki, “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot versiyadan hazır məhsul halına gətirilməsi üçün seçilmiş developerlərə kömək etmək məqsədilə yaradılmış sürətləndirilmiş icra modelidir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

