Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İştirak etdiyim bütün sınaq imtahanlarında yüksək nəticə qazanırdım”

“İştirak etdiyim bütün sınaq imtahanlarında yüksək nəticə qazanırdım”

01.09.2017 [20:27]

Yeni dərs ilinə artıq sayılı günlər qalıb. 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş abituriyentlər səbirsizliklə ilk dərs gününü gözləyirlər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan 15 abituriyentin hər birini sizinlə tanış edirik.
Gəncə şəhəri, 26 saylı məktəb-liseyin məzunu Abdulla Əsgərzadə də həmin rekordçular siyahısına adını yazdıranlardan biridir. I ixtisas qrupu üzrə ən yüksək nəticəni əldə edən Abdulla Gəncə şəhərindən redaksiyamıza üz tutub və əməkdaşımızın suallarını cavablayıb.
Məlumat üçün bildirək ki, A.Əsgərzadə 7-ci sinfə kimi Gəncə şəhəri, 31 saylı orta məktəbdə təhsil alıb, daha sonra təhsilini 26 saylı məktəb-liseydə davam etdirib. Bir çox bilik və idman yarışlarında məktəbini layiqincə təmsil edib. Oxucularımızla öz təəssüratlarını bölüşən həmsöhbətimizin sözlərinə görə, bu göstərici, sadəcə, uğurun başlanğıcıdır: “İştirak etdiyim bütün sınaq imtahanlarında yüksək nəticə qazanırdım, hətta bir dəfə 700 bal da toplamışam. Yüksək bal toplamağı fitri istedad kimi qələmə verməyə çalışırlar. Lakin bu, belə deyil. Əgər uğurun 10 faizini fitri istedad təşkil edirsə, 90 faizi də çalışmaqdan asılıdır. Dərsləri əzbərləməkdənsə, öyrənməyin tərəfdarıyam. Əgər mən ilk imtahanda 700-ə yaxın bal toplasaydım, ikinci imtahanda iştirak etməyəcəkdim. Hər kəs kimi mən də əldə etdiyim nəticəyə görə çox sevindim. Lakin eyforiyaya qapılmamağa çalışdım. Bir sözlə, 700 bal toplamaq əsas şərt deyil”.
Ziyalı ailəsində anadan olan Abdulla deyir ki, təhsilə marağının yaranmasında valideynlərinin çox böyük rolu olub: “Atam ixtisasca nevropatoloq, anam isə musiqi müəlliməsidir. Adını daşıdığım babam isə fizika-riyaziyyat elmləri namizədidir. Əvvəllər mən də atam kimi həkim olmaq istəyirdim, lakin valideynlərimin məsləhəti ilə fikrimi dəyişdim. Ali təhsilimi isə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında davam etdirəcəyəm. Düşünürəm ki, seçdiyim ixtisas gələcək üçün ən perspektivli sahələrdəndir. Bildiyiniz kimi, burada təhsil beşillikdir. Hazırda İELTS imtahanının nəticələrini gözləyirəm. Nəticəyə uyğun olaraq, təhsilimə ikinci kursdan başlaya biləcəyəm”.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31