/ / Prezidentin imzaladığı Sərəncam çayçılığın potensial imkanlarından daha səmərəli istifadə edilməsinə səbəb olacaq
Prezidentin imzaladığı Sərəncam çayçılığın potensial imkanlarından daha səmərəli istifadə edilməsinə səbəb olacaq
14.09.2017 [08:04]
Prezident İlham Əliyevin sentyabrın 12-də imzaladığı Sərəncama əsasən həyata keçiriləcək tədbirlər sitrus meyvələri və çəltiklə yanaşı, çay istehsalının da inkişafının sürətləndirilməsinə gətirib çıxaracaq.
Bunu AZƏRTAC-a müsahibəsində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə deyib.
O qeyd edib ki, çayçılıq Zaqatala rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən biri hesab olunur. Zaqatala çayı yüksək keyfiyyəti və ətri ilə həmişə alıcıların diqqətini cəlb edib. Keçən əsrin 70-80-ci illərində Zaqatala və Balakən rayonlarının ərazilərində 110 hektardan çox məhsuldar çay plantasiyaları mövcud olub. Həmin dövrdə Zaqatala çay fabrikində ildə 60-65 ton quru məxməri çay istehsal edilirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahə diqqətdən kənarda qalmış, nəticədə çay plantasiyalarının xeyli hissəsi uzun illər istismarda olduğundan yararsız vəziyyətə düşmüş, rayonda çay istehsalı ildən-ilə azalmışdır. Şübhəsiz ki, Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 12-də imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam respublikamızın cənub bölgəsi ilə yanaşı, Zaqatala rayonunda da ənənəvi sahələrdən olan çayçılığın inkişafına, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsinə tezliklə öz müsbət təsirini göstərəcək.
İcra hakimiyyəti rəsmisinin bildirdiyinə görə, hazırda rayon ərazisində 60 hektar çay plantasiyaları var. Bu plantasiyaların yalnız 18 hektarı barverəndir. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” MMC-nin çay fabrikində cari ilin yaz mövsümündə 5,6 ton quru çay istehsal olunub.
Dövlətimizin başçısının imzaladığı Sərəncamın gəlirli sahələrdən olan çayçılığın inkişaf etdirilməsi istiqamətində atılan çox mühüm addım olduğunu vurğulayan İlkin Şəfizadə deyib: “Sərəncama əsasən sitrus meyvələri və çəltiklə yanaşı, çay istehsalının da inkişafının sürətləndirilməsi, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədilə əkinəyararlı torpaqlar müəyyən olunaraq təsərrüfat subyektlərinə ayrılacaq. Həmçinin çay plantasiyalarının genişləndirilməsini stimullaşdırılmaq üçün təsərrüfat subyektlərinə dəstək mexanizmləri təkmilləşdiriləcək. İstehsalçılara zəruri kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqların lizinq yolu ilə icarəyə verilməsi və ya satılması, onlara texniki servis xidməti göstərilməsi, habelə dövlət büdcəsi vəsaiti hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin və toxumların güzəştli şərtlərlə satılması təmin olunacaq. Bir sözlə, ənənəvi sahələrin, o cümlədən çayçılığın inkişafına göstərilən dövlət dəstəyi əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına birbaşa təsir göstərəcək, rayonun iqtisadiyyatı daha da güclənəcək, əhalinin real gəlirləri artacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

