Dillər Universitetində ilk dərs Ümummilli lider Heydər Əliyevə həsr olunub
16.09.2017 [10:55]
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilində universitetə qəbul olan I kurs tələbələri ilə görüş keçirilib.
Universitetdən bildirilib ki, görüşdən öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla tələbələri universitetə qəbul olmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra rektor Ulu öndər Heydər Əliyev haqqında mühazirə oxuyub. Ulu öndər Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin banisi adlandıran K.Abdulla Onun daim Azərbaycanın azadlığı haqqında düşündüyünü xatırladıb.
Ümummilli lider Heydər Əliyevin Sovet İttifaqı dövründə gördüyü işlər haqqında ətraflı söhbət açan rektor deyib ki, məhz Onun sayəsində Azərbaycan ittifaq respublikaları arasında həmişə ön sıralarda olub: “Sovet dövründə Ulu öndərin gördüyü ən mühüm işlərdən biri də Hüseyn Cavidin nəşinin doğulduğu torpağa gətirilməsi idi. Minlərlə adam repressiya olunub, güllələnib, Sibirdə basdırılıb və onlardan heç birinin nəşi doğulduğu torpağa gətirilməyib. Heydər Əliyevin bu addımı unikal idi”.
Üçrəngli Azərbaycan bayrağının ilk dəfə məhz Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə qaldırıldığını xatırladan rektor ölkəni ən ağır vəziyyətdən, parçalanmadan Ulu öndərin xilas etdiyini bildirib: “Ulu öndərin hakimiyyətə gəlməsindən sonra Azərbaycan bütün sahələrdə, istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Biz görürük ki, ölkəmiz gündən-günə inkişaf edir, qüdrəti artır. Biz Aprel döyüşləri zamanı da ölkəmizin hərbi qüdrətinin nə qədər artdığının bir daha şahidi olduq”.
Azərbaycanın multikultural ölkə olduğunu, Prezident İlham Əliyevin multikulturalizmlə bağlı Sərəncam verdiyini diqqətə çatdıran K.Abdulla Ulu öndərin ölkəmizdə yaşayan xalqlar, etnik qruplarla bağlı sərəncamlar imzaladığını bildirib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam və sənədlər ölkədəki multikultural mühitin həddindən artıq yaxşılaşmasına çox böyük töhfələr verib.
Heydər Əliyevin səyi ilə “Əsrin müqaviləsi”nin imzalanmasından danışan K.Abdulla həmin tarixi gündən sonra Azərbaycanın dünyadakı mövqeyinin kifayət qədər möhkəmləndiyini, dünən “Əsrin müqaviləsi”nin Azərbaycan üçün daha sərfəli şərtlərlə daha 50 il uzadıldığını söyləyib: “Bu tarixi addım, tədbir Azərbaycanın dünyadakı mövqelərinin möhkəmlənməsinə yeni töhfələrini verəcək”.
Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev yeni tədris ilində ADU-ya bakalavriat üzrə 1341 tələbənin qəbul olduğunu qeyd edib. Sonra Ə.Abdullayev I kurs tələbələrinin ilk dərslərinin Azərbaycan Respublikasının qurucusu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevə həsr olunduğunu bildirib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ADU-da çox gözəl bir ənənənin əsasının qoyulduğunu bildirib və ilk dərsin çağdaş dövlətimizin qurucusu Heydər Əliyev ideyalarına həsr olunduğunu deyib. Bu dərsin vacibliyini vurğulayan deputat müstəqil dövlətdə yaşamağın çox böyük xoşbəxtlik olduğunu vurğulayıb. O, tələbələrə elm və biliyə yiyələnməyin və dövlətimizin keşiyində durmağın zəruriliyini söyləyib.
Millət vəkili Heydər Əliyevin bir millətin gələcəkdə bir müstəqil dövlət kimi yaşamasını təmin edən 2 vacib kriteriyanı-dil və dini hər zaman düşündüyünü bildirib. O, Ulu öndərin Azərbaycan dilinin dövlət dili kimi mövcud olmasına nail olduğunu diqqətə çatdırıb.
M.İbrahimqızı Ümummilli liderin SSRİ dövründə Azərbaycan gənclərinin nüfuzlu universitetlərdə dövlət hesabına təhsil almasına nail olduğunu da diqqətə çatdırıb.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

