/ / “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclər siyasətində yeni mərhələ açacaq
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclər siyasətində yeni mərhələ açacaq
19.09.2017 [10:07]
İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək məqsədilə görülən işlərin daha mütəşəkkil formada həyata keçirilməsini və müasir çağırışlara cavab verməsini tələb edir. Məhz buna görə də gənclərin maraqlarının təmin edilməsi və iqtisadi-siyasi, sosial-ictimai proseslərdə gənclərin potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılması zəruridir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mühüm əhəmiyyət kəsb edir.
Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov AZƏRTAC-a açıqlamasında deyib.
M.Seyidov qeyd edib ki, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan gənclər siyasətinin əsasını təşkil edən mühüm normativ hüquqi aktlar qəbul edilib, dövlət gənclər siyasətinin dəqiq icra mexanizmi yaradılıb. Ümummilli liderimizin bu sahədəki siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin yeni dövrün tələblərinə uyğun həyata keçirilməsi baxımından mühüm fəaliyyət sənədi olub. Həmin Proqramın icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet istiqamətləri üzrə müsbət dəyişikliklər baş verib, mühüm uğurlar əldə edilib. Daha sonrakı mərhələdə - 2011-ci ilin iyulunda dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” bu sahədə daha böyük uğurların qazanılmasına, gənclərin şəxsi inkişafına, genişmiqyaslı tədbirlərin reallaşdırılmasına təkan verib. Gənclərimiz bu dövlət proqramları çərçivəsində onlar üçün yaradılan imkanlardan hərtərəfli yararlanıblar.
“Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Bu proqramın qəbul olunması gənclərin inkişafına dəstək verməklə yanaşı, onların qarşısına bir çox mühüm vəzifələr qoyub. Dövlət Proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb. Bu proqramda gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, sağlamlığı, məşğulluğu, gənc sahibkarların fəaliyyətinin stimullaşdırılması, gənclərin yaradıcılıq və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, gənclərin və gənclər təşkilatının fəaliyyətinin dəstəklənməsi, beynəlxalq əməkdaşlıq, gənclərin hüquq və informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası və s. vacib məsələlər əksini tapıb. Yeni Dövlət Proqramının təsdiq olunması Prezident İlham Əliyevin Azərbaycanda gənclərin inkişafına, bu sahədə dövlət siyasətinə verdiyi önəmin göstəricisidir. Proqramın icrasından yararlanacaq Azərbaycan gəncliyi vətənpərvər, sağlam, intellektual, beynəlxalq rəqabətə davamlı gənc kimi formalaşacaq”, - deyə M.Seyidov qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

