Avropada Azərbaycan təmsilçisi - UNEC tələbələrinin startapları
26.09.2017 [10:29]
UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında təmsil edəcək “Enactus UNEC” komandasının üzvləri ilə görüşüb.
Dünyanın 36 ölkəsinin təmsilçiləri arasında Azərbaycanı UNEC tələbələrinin təmsil edəcəyindən qürur duyduğunu bildirən rektor “Enactus” beynəlxalq proqramının bu günün və gələcəyin biznes liderlərini bir araya toplamaqla yanaşı, tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmək imkanı verdiyini qeyd edib. O, layihənin Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, onların sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirmək baxımından da əhəmiyyətini vurğulayıb.
“Enactus Azərbaycan” XII Milli Yarışında UNEC komandasını “ən yaxşı biznes ideya” və “ən yaxşı innovativ layihə” nominasiyalarında qalib edən startap layihələrindən söz açan rektor onların “Enactus” standartlarına tam cavab verdiyini diqqətə çatdırıb. Ə.Muradov “Enactus” Dünya Kubokunda müxtəlif ölkələrin ən qabaqcıl şirkət nümayəndələrinin iştirak etdiyini bildirərək, UNEC tələbələrinin gənc sahibkar kimi bu nəhəng qurumlarla əməkdaşlığının mümkünlüyündən söz açıb. Rektor yarışlarda qonaq qismində iştirak edən dünyanın aparıcı şirkətlərinin top-liderləri ilə görüşlərdən öz bilik və bacarıqlarını artırmaq üçün maksimum yararlanmağı tövsiyə edib.
UNEC tələbələrinin daim öz savad, intellekt, bacarıq və vətənpərvərlikləri ilə seçildiyini vurğulayan rektor onların bu mötəbər çempionatda da dünyanın müxtəlif ölkələrindən olan gənclər arasında fərqlənərək, Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib, tələbələrə uğurlar arzulayıb.
Görüşdə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət “Enactus UNEC” komandasının üzvləri - Eşqin Cəfərov (komandanın kapitanı), Arzu Tofiqli, Məhəmməd Vəlizadə, Ayla Əliyeva, Tural Ömərov, Məryəm Tağıyeva və UNEC-in Karyera Mərkəzinin direktoru, komandanın məsləhətçisi Fuad Əliyev səfər hazırlığı ilə bağlı görülən işlərdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25

