/ / İstanbulda İslam həmrəyliyi ilə bağlı təşkil olunan tədbirin yekunlarına dair mətbuat konfransı keçirilib
İstanbulda İslam həmrəyliyi ilə bağlı təşkil olunan tədbirin yekunlarına dair mətbuat konfransı keçirilib
28.09.2017 [10:17]
Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu günlərdə İstanbulda təşkil olunmuş “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfransın yekunlarına dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda QMİ sədrinin birinci müavini Hacı Salman Musayev dünyada gedən proseslərin mənfi tendensiyalarla müşahidə edildiyini deyib. O bildirib ki, müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamofobiya meyilləri artmaqdadır. Bunun üçün də İslam dünyasında sülh olmalıdır. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu məsələləri arxa plana keçirirlər. Bu da sadə insanların problemlərlə qarşılaşmasına gətirib çıxarır, müharibələr nəticəsində onlar qaçqın və məcburi köçkün vəziyyətinə düşürlər.
Vurğulanıb ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar sülh, mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək, 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan edib. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmində ekstremizm, ksenofobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşəriyyətə nicat verəcək ideyaların varlığına ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir.
QMİ-nin sədr müavini Rəşad Əliyarlı İstanbul konfransının əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi çox mühüm hadisədir və bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti var. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. O, “İslam Həmrəyliyi İli” ilə bağlı gələcəkdə keçiriləcək tədbirləri xatırladaraq deyib ki, bu ilin oktyabr ayında Özbəkistanda, noyabr ayında İspaniyada, dekabr ayında isə Bakıda belə konfranslar təşkil olunacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov bildirib ki, İslam həmrəyliyi başqa dinlərə qarşı cəbhə açmaq demək deyil. Burada dostluq, qardaşlıq, sülh ideyaları irəli sürülür. İslam həmrəyliyi təkcə müsəlman coğrafiyasında deyil, bütün dünyada yayılmalıdır. Azərbaycan Prezidentinin bu təşəbbüsünün bəhrələrini biz hələ zaman-zaman görəcəyik.
Qeyd edilib ki, bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İslam Həmrəyliyi İli” ilə bağlı imzaladığı müvafiq Sərəncamda nəzərdə tutulan plana uyğun keçirilir. Bu tədbirlərin keçirilməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu da önəm daşıyır. Biz bu tədbirlərlə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaradılan şəraitdən də bəhrələnirik.
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52

