“QS Regional Reytinqi 2018” – UNEC 30 pillə irəliləyib
18.10.2017 [10:12]
QS Reytinq Agentliyinin 2018-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində UNEC regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötənilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.
Məlumat üçün bildirək ki, bu regionda 2938 ali təhsil müəssisəsi var. Bu göstərici UNEC-i “İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” universitetləri arasında ilk 5,5 faiz ən yaxşı universitet sırasında qərarlaşdırır. Ötən bir il ərzində UNEC topladığı balla qlobal ortalamada performansını 23 faiz yaxşılaşdırıb.
Ötən il Azərbaycan universitetləri arasında 5-ci yerdə qərarlaşan UNEC, 8 indikator üzrə topladığı balları artıraraq, builki nəticələrə görə iki pillə yüksəlib və ən reytinqli 3-cü Azərbaycan universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.
UNEC iqtisad yönümlu universitetlər arasında regionuun 4-cü ən yaxşı universiteti statusunu bir daha təsdiqləyib.
“Akademik Reputasiya” - UNEC regionda 100-cüdür!
QS reytinqində ən yüksək göstəricini universitetlərin “Akademik Reputasiyası” indikatoru tutur. Bu indikatorun regional reytinqdəki çəkisi 30 faizdir. “Akademik Reputasiya” indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı 2017-ci ildə 70 mindən çox rəy toplanıb. “Akademik Reputasiya” indikatoru üzrə UNEC 34,1 bal toplayaraq 100-cü ən yaxşı nəticəni əldə edib.
“İşəgötürənlər Reputasiyası” - UNEC mövqeyini 2 dəfə yaxşılaşdıraraq, regionda 87-ci olub
QS regional reytinqində ikinci ən böyük çəkiyə 20 faizlə işəgötürənlər arasında reputasiya indikatoru tutur. Builki QS regioanal reytinqinin işəgötürənlər arasında reputasiya indikatorunun hesablanma metodologiyasında dəyişiklik edilib. Bu il işəgötürənlər arasında reputasiya hesablanan zaman qlobal və yerli rəylər bərabər - 50 faiz götürülüb. Həmin indikator üzrə ümumilikdə bu il 30 mindən çox rəy toplanıb. UNEC dünya və yerli işgüzar dairələrdə artan nüfuzunun göstəricisi olaraq müxtəlif biznes qurumlarının rəhbər və nümayəndələrinin verdiyi səsvermə əsasında bu il təxminən iki dəfəyə yaxın irəliləyişə nail olunub. Belə ki, UNEC 39,9 balla (ötən il 22,2) regionda 87-ci ən yaxşı nəticəni əldə edib.
Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə UNEC 13,3 bal (ötən il 10,8) toplayaraq regionda 120-ci ən yaxşı nəticəni göstərib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41

