/ / YAP milli, demokratik və liberal dəyərlərə əsaslanan ümumxalq partiyası kimi zamanın sınağından uğurla çıxıb
YAP milli, demokratik və liberal dəyərlərə əsaslanan ümumxalq partiyası kimi zamanın sınağından uğurla çıxıb
24.11.2017 [10:05]
Hər bir dövdə mövcud siyasi sistem özünün davamlılığını təmin etmək, ideoloji-sosial bazasını daha uzunmüddətli siyasi proseslər işığında qoruyub saxlamaq baxımından zəruri tədbirlər görür. Xüsusilə bu fəaliyyət təbii olduqda, sosiumun tələbatı və daxili siyasi aktiv güclərin mənafeyinə uyğun qurulduqda sosial sifarişə çevrilir. Son nəticədə siyasi varisliyin aktuallığı gündəmə gəlir. Artıq XXI əsrdə siyasi varislik problemi, sadəcə, ayrı-ayrı şəxslərin hakimiyyəti hüquqi müstəvidə transformasiyası kimi deyil, daha geniş mənada başa düşülməlidir. Dövrümüzdə bu proses müvafiq qurum və strukturların, siyasi-ideoloji təməllərin, başladılan nəhəng sosial-iqtisadi, hüquqi islahatların davamının, intellektual və kadr potensialının, uzun illər ərzində böyük zəhmətlə qazanılan geniş sosial bazanın - elektoratın dərinləşmiş inamının ötürülməsi ilə baş verir və bununla da sistem beləcə öz ardıcıllığını təmin edir. Belə keçid cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verdiyi üçün mütərəqqi mahiyyət daşımaqla sosial mühitdə özünə artıq oturuşmuş hüquqi-ictimai-iqtisadi... dəyərlər sisteminə inam formalaşdırır. Bu inam həmin dövlət və cəmiyyət üçün gələcək inkişaf və hərtərəfli tərəqqi baxımından yaradıcı təkan, əlverişli stimul verir. Hansı ki, Azərbaycan da ən yeni tarixində belə bir proses yaşadı - dahi siyasətçi Özündən sonra xalqına layiqli davamçı, ciddi təkmil və dinamik siyasi qüvvə ərməğan etdi. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti olaraq İlham Əliyev nəinki bu siyasi kursu uğurla davam etdirməkdə, hətta onu dünyanın həsəd apardığı bir zirvəyə daşımaqdadır.
Müasir milli-politoloji ədəbiyyatlarda belə bir yekdil rəy hakimdir ki, Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyası üç fundamental əsası özündə ehtiva edir ki (güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan) bunlar indi də Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi xəttin brendi olaraq qalmaqdadır. Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin yeni mərhələdə fəaliyyəti üçün dayanıqlı siyasi baza kimi öz funksiyasını ləyaqətlə davam etdirir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqi öncə mühüm siyasi-nəzəri fikirləri ilə diqqəti cəlb edir. Partiyanın əsrin dörddəbiri ərzində gördüyü işlərin xronologiyasına nəzər salınmaqla əsasən aşağıdakı məqamlara xüsusi diqqət yetirilmişdir.
Birincisi, partiyanın yaradılmasının zəruri-müqəddəm şərtləri, əsasən tarixi mərhələlər üzrə təhlil edilmişdir. Ümummilli liderin siyasi nüfuzuna istinadən lider partiyası olaraq yaranan Yeni Azərbaycan Partiyasının Ümumxalq partiyasına çevrilməsi prosesinin tarixi və nəzəri əsasları göstərilmişdir.
Partiyanın yaradılması zərurətinə toxunan Azərbaycan Respublikasının Prezidenti, partiya Sədri bu tarixi prosesin təşəbbüskarlarının, “91-lər”in xidmətini xatırladaraq Ulu öndər Heydər Əliyevin XX əsrin ikinci yarısı Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu - sovet Azərbaycanına və SSRİ-yə rəhbərliyi dövründə (o vaxtdan SSRİ rəhbərliyi yaşlı, xəstə adamlardan ibarət olduğundan hakimiyyətin bütün ağırlığı Baş nazirin birinci müavini olaraq Onun üzərinə düşmüşdür - H.B) ölkəmizin ən geridə qalmış respublikadan ən qabaqcıl diyara çevrilməsi, Moskva dövründə də Azərbaycana hər cür diqqət və qayğı göstərməsini xüsusi qeyd etmişdir. 20 Yanvar hadisələri vaxtı Onun susmayaraq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransında qətiyyətlə pisləməsi ilə Azərbaycanın istiqlal savaşının önünə keçməsni, daim xalqının yanında olmasını əvvəl Naxçıvana, sonralar Azərbaycana rəhbərliyi dövründə ölkəni böhrandan xilas edərək, inkişaf mərhələsinə daşıması ilə əlaqədar tarixi əhəmiyyətli fəaliyyətinin başlıca inkişaf parametrlərini təhlil etmişdir. 1993-cü ildən başlayan ictimai-siyasi inkişaf dövrünün əsas ideologiyası olan Azərbaycançılıq ideologiyasını yeni quruculuq prosesi ilə bağlayan ölkə başçısı haqlı olaraq qeyd edir ki, “o illərdə bizim milli ideologiyamız - Azərbaycançılıq ideologiyası təqdim edildi və xalq tərəfindən bəyənildi... Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bilmişdir”.
İkincisi, Ulu öndərin Azərbaycana rəhbərliyi dövründən bəhs edən cənab Prezident İlham Əliyev haqlı olaraq bu dövrün iqtisadi uğurlarına, xüsusilə, bu müddətdə bizim qədər sürətli inkişaf yolu keçmiş ikinci ölkənin olmadığına, yoxsulluğun 50%-dən 5%-ə düşdüyünə, xarici borcumuzun ümumi idxal məhsulunun 20%-dən az olmasına, ümumi daxili məhsulumuzun valyuta ehtiyatının 100%-ni təşkil etməsinə, nəhayət, Davos Forumunun son hesabatlarında iqtisadi rəqabətqabiliyyətliliyə görə ölkəmizin dünyada ikinci yerdə olmasına diqqəti cəlb etmişdir.
Üçüncüsü, Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi mühitində perspektivlərinə toxunan cənab Prezident İlham Əliyev haqlı olaraq demişdir: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik”.
Partiyanın cəmiyyətdə aparıcı mövqeyini şərtləndirən amillərə toxunaraq deməliyik ki, onun ən mühüm keyfiyyəti və nüfuzu ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın və liberal cəmiyyət quruculuğunun başlıca atributu olaraq siyasi plüralizmin möhkəmlənməsi üçün görülmüş işlərin dərin təhlilini verməsi baxımından da cənab İlham Əliyevin çıxışı proqram xarakteri ilə seçilmişdir. Həqiqətən də, ölkəmizin demokratiyaya bağlılığı hansısa beynəlxalq təşkilata, cəmiyyətə xoş gəlmək üçün deyil, müstəqil dövlət quruculuğu prosesinin məqsədidir. Bizim üçün strateji hədəfdir.
Dördüncüsü, 25 illik siyasi-tarixi dönəmə qiymət verən partiyamızın Sədri xarici siyasət sahəsində də ölkənin, o cümlədən iqtidar partiyası olaraq yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurları da dəyərləndirərək demişdir ki, “o qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox sərfəlidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə də, daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, bu, müstəqillik yoludur... bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin Azərbaycan xalqının milli və dövlət maraqlarıdır”.
Doğrudan da, ölkəmizin qonşularla çoxtərəfli normal münasibətləri sayəsində Avrasiya geopolitik arealının aparıcı iqtisadi-nəqliyyat mərkəzlərindən birinə çevrilmişik, iqtisadiyyatın şaxələndirilməsi kimi kardinal əhəmiyyətli proses nəticəsində uğurlarımız sürətlə davam etdirilir. Bu, hər şeydən öncə Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan Yeni Azərbaycan Partiyasının strateji xəttinin uğurlarıdır. Bu sahədə Dağlıq Qarabağla bağlı mövqeyimizin dəyişməz olaraq qalmasına dair məqamlar xüsusilə diqqətə çatdırılmışdır. Cənab Prezident çıxışında haqlı olaraq qeyd etmişdir ki, “Biz heç zaman imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır... Bununla paralel olaraq biz hərbi gücümüzü də artıracağıq.. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir”.
Beşincisi, partiyanın keçdiyi tarixi yola nəzər salan ölkə başçısı energetika və nəqliyyat sahəsində görülmüş və görülməkdə olan nəhəng miqyaslı layihələrin ölkəmizin beynəlxalq nüfuzunun təminatçısı olduğunu da xüsusi ilə vurğuladı. Ardıcıl olaraq göstərdi ki, neft-qaz sahəsində bütün vəzifələr uğurla icra edilmişdir. Azəri-Çıraq-Günəşli kontraktının müddətinin uzadılması, “Cənub” qaz dəhlizinin icrasının uğurla davam etdirilməsi, TANAP layihəsinin açılışına çox az qalması, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi üçün əlavə addımların atılması ilə ölkəmizin unikal nəqliyyat mərkəzlərindən birinə çevrilməsi və s. tarixi-milli əhəmiyyətli məsələlərdən danışan cənab İlham Əliyev bütün bunları xalqla hakimiyyət arasındakı birliyə bağlamışdır. İqtidarla xalq birliyinin təməl şərtini sözlə əməlin vəhdətdə olması ilə əlaqələndirən partiya Sədri xüsusi qeyd etdi ki, “Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik. Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq”.
Ölkə başçısının nitqinin sonunda Yeni Azərbaycan Partiyasının, onun çoxminli siyasi məsləkdaşlarının əzmkarlığını, təşəbbüskarlığını xüsusi qeyd edərək, “onu dünya miqyasında çox böyük partiya” kimi xarakterizə etməsinin də ciddi əhəmiyyəti qeyd edilməlidir.
Cəmiyyətdə, hətta regionda proseslərə təsir gücünə görə siyasi alternativi olmayan YAP milli, demokratik və liberal dəyərlərə əsaslanan ümumxalq partiyası kimi zamanın sınağından uğurla çıxıb, ölkəmizin tarixi nailiyyətlərinin təşkilatçısına və ilhamverici bazasına çevrilib.
Cənab Prezidentin partiyanın 25 illik yubileyinə həsr edilmiş təntənəli iclasdakı nitqində nəinki tarixə baxış edilmiş, gələcək strateji vəzifələrlə bağlı çox ciddi mesajlar verilmişdir. İndi ən mühüm vəzifə partiyanın yerli təşkilatlarında həmin proqram xarakterli məsələlərin təhlil edilməsi, təbliğat üçün rəsmi partiya sənədi olaraq əsas götürülməsidir.
Həsən Bayramov
pedaqoji elmlər doktoru,
Pedaqoji və Sosial Elmlər
Akademiyasının akademiki
Xəbər lenti
Hamısına baxSosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24

