“Danış ki, səni görüm” layihəsinin təqdimatı olub
24.11.2017 [15:10]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan “Danış ki, səni görüm” layihəsinin noyabrın 24-də Binəqədi Gənclər evində təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək gənclərin ölkəmizin ictimai-siyasi həyatında yüksək fəallıq göstərdiklərini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin gənclərin inkişafına, onların ideya, təşəbbüs və layihələrinin həyata keçirilməsinə daim dəstək verdiklərini bildirib.
M.Seyidov deyib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, həmçinin gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir İKT-dən səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı, “Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev tədbirdə iştirak edən gənclərə müasir dövrdə jurnalistikanın imkanlarından və cəmiyyətdə rolundan danışıb, bu sahədə təcrübələrini bölüşüblər. Baş redaktorlar gənclərin jurnalistikaya marağının artmasında, onlarda nitq mədəniyyətinin inkişafında belə layihələrin reallaşdırılmasının önəmini vurğulayıblar.
Sonra “İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova müəllifi olduğu “Danış ki, səni görüm” layihəsi barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərdə nitq mədəniyyətini, ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirməkdir. Nitq mədəniyyəti peşəsindən asılı olmayaraq, insanlar arasında qarşılıqlı münasibətlərin qurulmasında və uğura gedən yolda mühüm rol oynayır.
Üç gün ərzində reallaşdırılacaq layihə çərçivəsində peşəkar ekspertlər yüzə yaxın gəncə təlimlər keçəcək, onlara nitq mədəniyyəti ilə bağlı məlumat verəcəklər. Təlimlərdə gənclərə jurnalistika sahəsində nəzəri və praktiki biliklər də aşılanacaq.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

