Korrupsiyaya qarşı mübarizə bundan sonra da sistemli, ardıcıl və qətiyyətlə davam etdiriləcək
18.01.2018 [10:07]
2017-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib
Yanvarın 17-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlara, inkişaf proseslərinə maneə törədən mənfi halların tam aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatların 2017-ci ildə də uğurla həyata keçirildiyini bildirib.
K.Əliyev xüsusi vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyənləşdirib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi, fəaliyyətini 2017-ci ildə də uğurla davam etdirib.
Diqqətə çatdırılıb ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 7809 müraciətinə baxılıb, cinayət xarakterli 280 material araşdırılıb. Həmin materiallardan 181-i (65 faiz) üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Habelə 99 (35 faiz) material üzrə digər prokuror təsir aktlarının tətbiqi təmin edilib.
Hesabat dövründə Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub. 2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8 faiz) azalıb. Bu da “ASAN xidmət” mərkəzlərinin fəaliyyət dairəsinin genişlənməsi, göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb. Aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin edilib, vətəndaşların pozulmuş hüquqları bərpa olunub. Aşkarlanan qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra ediblər. Onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 5, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 17 olmaqla, ümumilikdə 22 cinayət işi başlanıb.
K.Əliyev qeyd edib ki, ötən il Baş İdarədə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş 305 şəxs barəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının (33,03 faizinin) ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
Hesabat dövründə Baş İdarə rəisi və digər vəzifəli şəxslər tərəfindən ümumilikdə 1635 vətəndaş qəbul edilib.
Bildirilib ki, ötən il korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, 20 xüsusat üzrə inzibati pozuntu aşkarlandığından İnzibati Xətalar Məcəlləsinin 43-cü, 44-cü və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.
K.Əliyev qeyd edib ki, insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı, humanizm prinsiplərinə də söykənir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv sərəncamları, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır.
Hesabat dövründə - fevralın 10-da dövlətimizin başçısının imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi olub. Sənəddə Azərbaycan Respublikasının Prokurorluğuna edilmiş tövsiyələrdən irəli gələrək Sərəncamda əks olunmuş vəzifələrin icrası məqsədilə 2017-ci il 31 may tarixli əmrlə Baş Prokurorluq üzrə bir sıra əmrlərə dəyişikliklər edilib. Bu gün Baş İdarə dövlətimizin başçısı tərəfindən imzalanmış bu Sərəncama, həmin sənəddən irəli gələrək qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində öz fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilib. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ötən il dövlət orqanları tərəfindən 86 faiz icra edilib. Milli Fəaliyyət Planının icra vəziyyəti ilk dəfə olaraq Elektron Monitorinq Sistemi ilə qiymətləndirilib və dövlət orqanlarının hesabatları hər bir bənd və dövlət orqanı üzrə onlayn rejimdə dəyərləndirilib.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2017-ci il ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.
Tədbir çərçivəsində Baş İdarənin əməkdaşları tərəfindən keçirilən təqdimatlarda ölkəmizin bu sahədə əldə etdiyi müsbət iş təcrübəsi diqqətə çatdırılıb. Bununla yanaşı, təmsilçilərimizlə Latviya, Rumıniya, Ukrayna və digər ölkələrin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib. Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya Qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN), Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM) və digər qurumlarla səmərəli əməkdaşlıq davam etdirilib.
Bildirilib ki, hesabat dövründə Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, Azərbaycanın və Bolqarıstanın Baş prokurorluqları arasında imzalanmış, Baş İdarənin və “ASAN xidmət”in fəaliyyətlərinin öyrənilməsini nəzərdə tutan birillik birgə fəaliyyət planına uyğun hər iki ölkə prokurorluqlarının nümayəndə heyətlərinin qarşılıqlı işgüzar səfərləri olub.
Bununla yanaşı, ötən il Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri zamanı nümayəndə heyəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbul edilib. Görüş çərçivəsində ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin münasibətlərimizin gələcək inkişafına müsbət töhfə verməsi bildirilib.
Diqqətə çatdırılıb ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının KİV-lərdə məqalələri dərc edilib.
Tədbirdə Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq, korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində Baş İdarə tərəfindən bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdiriləcəyi xüsusi vurğulanıb.
Sonda QHT və KİV nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39

