Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
23.01.2018 [10:17]
Yanvarın 22-də Əlahiddə Çevik Polis Alayında 2017-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən nazir, general-polkovnik Ramil Usubov tədbirin gündəliyini elan edib.
Gündəlik və reqlament təsdiq edildikdən sonra Alayın komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Alay komandiri qeyd edib ki, ölkənin müxtəlif yerlərində keçirilmiş 40 kütləvi, o cümlədən respublika və beynəlxalq əhəmiyyətli tədbirə cəlb olunan şəxsi heyət üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlib. Patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 30 min 667 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29 min 846 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Hüquqazidd əməllərə görə saxlanılanlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxslər olub.
Bununla bərabər, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. Əvvəlki dövrə nisbətdə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub.
Şəxsi heyətin ötənilki uğurlarından danışan polis general-mayoru Zaur Abdullayev məmnunluqla qeyd edib ki, hesabat dövründə Alayın sərbəst güləş, estafet qaçışı, silahsız özünümüdafiə, sambo, cüdo üzrə komandaları müxtəlif turnirlərin qalibi olub, bir neçə əməkdaş mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.
DİN rəhbərliyinin Əlahiddə Çevik Polis Alayına göstərdiyi gündəlik diqqət və qayğının, onun inkişafı üçün verilən qərarların əməkdaşlar tərəfindən dərin minnətdarlıqla qarşılandığı xüsusilə vurğulanıb.
Məruzə ətrafında çıxış edən patrul bölüklərinin komandirləri görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıblar.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötənilki fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən şəxsi heyətin xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsinin, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsinin, ən əsası, onların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsinin vacibliyini nəzərə çatdırıb.
Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu deyən nazir apreldə Bakıda Formula-1 Azərbaycan Qran-Prisi kimi beynəlxalq əhəmiyyətli idman yarışının, habelə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyi ilə əlaqədar kütləvi tədbirlərin keçiriləcəyini, bununla bağlı qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə, bütün təşkilati işlərin vaxtında icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Bildirilib ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı təhlükədə olan şəxsə kömək göstərməkdir. Bu məsələdə müsbət nümunələrin çox olduğuna, insanlara həssas münasibətin və qayğının həmişə minnətdarlıqla qarşılandığına, bunun polisin nüfuzunu daha da yüksəltdiyinə diqqəti çəkən Ramil Usubov vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, şəxsi heyətin döyüş hazırlığının artırılmasının, sosial-məişət problemlərinin, əməkdaşların qarşılaşdıqları çətinliklərin həllinə önəm verilməsinin əhəmiyyətindən danışıb.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri əminliklə bildirib ki, Əlahiddə Çevik Polis Alayı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.
Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

