/ / Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirib
27.01.2018 [10:20]
Şura ötən il 494 QHT layihəsini maliyyələşdirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun hər il ictimaiyyət qarşısında geniş hesabatla çıxış etdiyini bildirib. Azay Quliyev deyib ki, Şura 10 ildir dövlətin QHT-lərə beş istiqamət üzrə dəstəyini həyata keçirir. Onlardan biri də maliyyələşdirmədir. Şura layihələri maliyyələşdirdiyi zaman subyektivliyə yol verilmir. Fəaliyyətimiz zamanı çalışırıq ki, QHT-lər onlara göstərilən xidmətdən məmnun olsunlar. Şurada 1672 nömrəli qaynar xətt də yaradılıb ki, QHT-lər operativ şəkildə şikayət və təkliflərini bizə bilsinlər və əgər hansısa boşluqlar mövcuddursa onlar aradan qaldırılsın.
Şura sədri ötən il rəhbərlik etdiyi qurumun 494 QHT layihəsini maliyyələşdirdiyini bildirərək deyib: “QHT-lər bu layihələr çərçivəsində 31 adda kitab, 27 adda kitabça, 161 adda buklet, 130 adda digər çap materialları (posterlər, təqvimlər və s.) nəşr edib. Həmçinin 35 televiziya verilişi, 26 sosial çarx, 20 film və 16 sayt hazırlanıb”.
Azay Quliyev qeyd edib ki, Şura ötən il 4 dövlət proqramının icrasında uğurla iştirak edib. Xüsusi ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Şura tərəfindən görülən işlər 100 faiz icra olunub.
2018-ci ildən etibarən QHT-lərin apellyasiya müraciətləri elektron qaydada qəbul ediləcək. Bununla bağlı artıq Şuranın e-qht.az saytında apelyasiya bölməsi yaradılıb.
A.Quliyev bildirib ki, Şura 2012-ci ildə “Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqında” qanun layihələrini hazırlayaraq Milli Məclisə təqdim edib. Hər iki qanun layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il fəaliyyət planına daxil edilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun 2017-ci ildəki fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. 2017-ci ildə “Vətəndaş cəmiyyəti” jurnalının 12 nömrəsində 600-dən çox QHT-nin fəaliyyəti işıqlandırılıb. Qhtxeber.az saytına il ərzində 48 min xəbər yerləşdirilib. Maliyyələşən layihələrin icrasına 1739 nəfər cəlb olunub ki, bunlardan da 615 nəfər daimi, 1124 nəfər müvəqqəti işçilərdir. Layihələr çərçivəsində keçirilən tədbirlərdə ümumilikdə 80 223 nəfər iştirak edib. Keçirilən 280 təlimdə 7687 nəfər iştirak edib. Həmçinin QHT-lərin keçirdiyi 1259 müxtəlif tədbirdə 61040 nəfər iştirak edib.
Bildirilib ki, 19 yerli QHT-nin xarici ölkələrdə keçirilən tədbirlərə səfərləri dəstəklənib. İyirmi beynəlxalq təşkilatın və xarici ölkə səfirliklərinin nümayəndələri ilə Şurada görüş keçirilib.
Şuranın www.cssn.gov.az, www.e.qht.az və www.qhtxeber.az saytları məlumatlılıq baxımından daha da təkmilləşdirilib. 2018-ci ildə e-növbə proqram təminatının istifadəyə verilməsi planlaşdırılır. Bu proqram vasitəsilə QHT-lər qrant müqaviləsi bağlanması üçün bütün prosesləri elektron qaydada həyata keçirəcəklər. Müqavilə bağlanması üçün Şuraya gəlmək vaxtını özləri təyin edə biləcəklər.
İcraçı direktor bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən Şura Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrində ilk və yeganə qurum olaraq digər büdcə təşkilatları bölməsində qeydiyyata alınıb.
Hesabat məruzəsi ilə bağlı çıxış edən QHT rəhbərləri Azər Həsrət, Rauf Zeyni, Əkrəm Baydəmirli, Zaur Hüseynzadə, Niyaməddin Orduxanlı, İlham Məhərrəmli, Mətanət Əsgərqızı, Radə Abbas, Rəhim Hüseynzadə, Bəxtimşah Tağıyeva və digər şəxslər Şuranın 2017-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş saydıqlarını deyiblər.
Konfransda Belçikanın səfiri, Avropa İttifaqının, İsveçrənin, Rumıniyanın, Almaniyanın və Yunanıstanın səfirliklərinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

