Ölkə jurnalistlərinin VII qurultayı keçiriləcək
06.02.2018 [10:02]
Mətbuat Şurasının idarə heyətinin iclası keçirilib
Fevralın 5-də Azərbaycan Mətbuat Şurasının idarə heyətinin növbəti iclası keçirilib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, əvvəlcə gündəlik səsə qoyularaq qəbul edilib.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəliyin birinci məsələsi - 2017-ci ildə görülən işlərə dair hesabat müzakirəsi ilə çıxış edib. Diqqətə çatdırılıb ki, hesabat ilində Mətbuat Şurasına 602 müraciət daxil olub. KİV-lə bağlı daxil olan 171 şikayətin 88-nə bilavasitə Şuranın katibliyində baxılıb. Şikayətlərdən 83-ü Mətbuat Şurasının müvafiq komissiyalarında araşdırılıb. “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasında baxılan 27 şikayətdən 18-də məsələ ilə bağlı araşdırılmaların davam etdirilməsi rəyinə gəlinib. 9 rəydə isə cavabdeh KİV-in adının Şuranın “qara siyahı”sına daxil edilməsi əksini tapıb. Çıxarılmış 45 rəydə isə cavabdeh KİV-in “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın hansı prinsip və bəndlərini pozduğu müəyyənləşdirilib.
İclasda Şuranın hesabat ilindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Sonra gündəlikdə duran ikinci məsələ - Azərbaycan jurnalistlərinin VII qurultayı ilə bağlı məsələ müzakirə olub. İclasda qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb.
Müzakirələrdən sonra ölkə jurnalistlərinin VII qurultayının martın 10-da keçirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər. Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcək. Əsas üzvlərdən 8-i jurnalistləri, 6-sı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını, ehtiyat üzvlərdən 2-si jurnalistləri, 2-si ictimaiyyəti, 1-i isə internet informasiya resursların təmsil edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22

