Azərbaycan dövləti gəncliyə yüksək dəyər verir
07.02.2018 [10:08]
Yusif Babanlı: Dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım mənə ikiqat sevinc hissi yaşadır
Məlum olduğu kimi, Azərbaycanda dövlət tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir. Əslində bu da təbiidir. Çünki gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yəni gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, iştirakçı və bu işləri həyata keçirəndir. Daha dəqiq desək, məhz Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da uğurları sıralayırlar.
Bir sözlə, gənclər ölkəmizin bütün sahələrində fəal şəkildə təmsil olunurlar. Dövlət tərəfindən aktivliyi ilə fərqlənən gənclər təltif edilirlər. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Həmkarlar Komitəsinin sədri, professor, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı da bu gənclər sırasındadır. Belə ki, Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Yusif Məmməd oğlu Babanlı Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Onu da bildirək ki, gənc olmasına baxmayaraq Y.Babanlı təhsil, idman və həmkarlar təşkilatları sahəsində 18 ildir ki, fəaliyyət göstərir. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ictimai həyatında fəallığı ilə seçilən Y.Babanlı 2001-ci ilin noyabr ayından Akademiyanın Tələbə Həmkarlar Təşkilatının sədri olub. 2005-2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində işləyərkən Akademiyanın digər ali məktəblər arasında nüfuzunun artmasında uğurlu fəaliyyətləri olub. Respublikanın ictimai-siyasi həyatında vətənpərvər və dövlətə sadiq gənc kimi fəaliyyətə 2002-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasına üzvlükdən başlayıb. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.
Y.Babanlı indiyə qədər idman sahəsində də ciddi nailiyyətlər qazanıb. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Həmçinin boks növü üzrə idman ustası, respublika dərəcəli hakimdir.
Dövlət başçısı tərəfindən təltif olunmasının təəssüratlarını qəzetimizlə bölüşən Y.Babanlı bildirib ki, bu, onun üçün ikiqat bayramdır: “Çünki cənab Prezident tərəfindən 2 fevral tarixində təltif olunmuşam. Bildiyiniz kimi, 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Belə bir gündə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım mənə ikiqat sevinc hissi yaşadır. Bu, mənim zəhmətimdən daha çox Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inam və uğurla həyata keçirilən təhsil, gənclər və idman strategiyasının bizə yaratdığı əlverişli mühitin təzahürüdür. Dövlət başçısının birbaşa diqqət və qayğısı ilə əhatə olunan gənclər sektoru digər sahələr kimi dinamik inkişafı ilə seçilir. Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Məhz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər”.
Y.Babanlı deyib ki, ölkəmizdə gənclər siyasəti bu gün müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir: “Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, gənclər siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Ölkədə xüsusi qayğıya ehtiyacı olan, istedadlı gənclər və gənc ailələr üçün sosial layihələr həyata keçirilir. Təhsil və idman sahələrində görülən işlər hər bir gəncin öz bacarığına, istedadına uyğun peşəkar fəaliyyətlə məşğul olmasına şərait yaradıb”.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin gənclər siyasəti təkcə respublikada yaşayan yeni gənc nəslin nümayəndələri ilə məhdudlaşmır: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan soydaşlarımızı, o cümlədən gənclərimizi də diqqət mərkəzində saxlayır, onların hüquqlarını müdafiə edir, Azərbaycan mədəniyyətinin və həqiqətlərinin tanıdılması yönündə gördüyü işlərə yaxından dəstək verir”.
Y.Babanlı onu da qeyd edib ki, dövlət başçısı tərəfindən təltif olunması şərəfli olmaqla yanaşı, eyni zamanda məsuliyyət hissini də artırır: “Bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasəti dəstəkləyəcək və bu siyasətin tələblərinin yerinə yetirilməsinə daha böyük səylər göstərəcəyəm. Cənab Prezidentə mənə göstərdiyi yüksək etimada görə dərin təşəkkürümü bildirirəm. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan gəncliyi aprelin 11-də növbədənkənar prezident seçkilərinin yüksək demokratik şəraitdə keçirilməsi üçün bütün gücünü səfərbər edəcək. Cənab İlham Əliyevin bu seçkilərdə də xalqın yüksək etimadını qazanacağı şübhəsizdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17

