/ / Daşkəsən rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib
Daşkəsən rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib
07.02.2018 [10:08]
Dünən Daşkəsən rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam edib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artıb, mövqeləri daha da möhkəmlənib. Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2017-ci ildə uğurlu işlər görüldüyünü və nailiyyətlər əldə olunduğunu qeyd edən Ə.Abıyev vurğulayıb ki, ötən il rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb. Bildirilib ki, ümumi məhsul buraxılışında 2016-cı illə müqayisədə 2017-ci ildə kənd təsərrüfatı məhsulları 35 milyon 212 min manat (5,2% çox), nəqliyyat üzrə 3 milyon 112 min manat (3,4% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 21 milyon 824 min manat (6 % çox) olub. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib.
Qeyd olunub ki, ötən ildə də rayonda müxtəlif qurumlarda olan 151 müvəqqəti iş yerləri saxlanılaraq vaxtı uzadılıb və əlavə olaraq 49 yeni iş yerləri açılıb. Hesabat ilində rayonda əhalinin sayı əvvəlki ilə nisbətən 280 nəfər artaraq 35 min 59 nəfər olub. 2017-ci ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 363,9 manat, dövlət mülkiyyətində 375,5 manat, qeyri-dövlət mülkiyyətində isə 184,3 manat təşkil edib. 2017-ci ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 100,2 faiz, xərclər üzrə 94,1 faiz yerinə yetirilib. Hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 16 min 127 nəfər olub, onlardan məşğul əhali 15 min 416 nəfərdir.
2017-ci ildə rayon ərazisində həyata keçirilən bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri haqqında da danışan Əhəd Abıyev deyib ki, “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin bir hissəsi ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur: “Keçən il rayon Məhkəməsinin inzibati binası əsaslı təmir olunub, Dövlət Notariat Kontoru və rayon Qeydiyyat şöbəsi yeni binaya köçürülüb. Daşkəsən rayon Mərkəzi Xəstəxana binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılıb. Güneykənd kəndində 56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi başa çatdırılıb, Şahvələdli kəndində isə 23 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi davam etdirilir. Bayan kənd tam orta məktəbin dam örtüyü yenisi ilə əvəz olunub, Quşçu kənd uşaq bağçası təmir edilib. Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunub, 2018-ci ildə də Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının əsaslı təmir olunması nəzərdə tutulub”.
Hesabat məruzəsindən sonra millət vəkili Rövşən Rzayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev və Daşkəsən rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahbaz Mehdiyev çıxış ediblər.
Hesabat yığıncağının sonunda qərar layihəsi və toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

