Seçkilərin hazırlanması və keçirilməsində aşkarlıq mühüm amillərdən biridir
21.02.2018 [10:18]
Aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə yerlərdə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük ixtisaslaşmış kurslar davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı keçirilən kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 114 saylı Şəki kənd birinci seçki dairəsində keçirilən kursun ikinci günü əvvəlcə iştirakçılara seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılmasında yerli icra və bələdiyyə qurumlarının rolu barədə geniş məlumat verilib.
Məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov bildirib ki, ölkəmizdə dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Xalqın iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən seçkilərdə, həmçinin referendumlarda təzahürünü tapır. Azərbaycan dövləti ölkə vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə hər zaman təminat verir.
Sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Vüqar Xəlilov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda dairə seçki komissiyasının sədri Məharət Məmmədov məntəqə seçki komissiyalarının sədrlərinə seçici siyahıları ilə işin aparılması qaydası barədə metodiki məlumatlar verib.
* * *
Seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq mühüm amillərdən biridir. Şəffaflığa xidmət edən bu meyarın təmin olunması məqsədilə seçki kampaniyası zamanı müxtəlif metod və qaydalardan, fərqli müşahidə formalarından istifadə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər fevralın 20-də 111 saylı Zaqatala-Balakən seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşmış kursun ikinci gününün tədris məşğələsində səsləndirilib.
Seminarda dairə seçki komissiyasının sədri Söhrab İsmayılov çıxış edərək, təlimlərə dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin sədrlərinin və dairə seçki komissiyasının üzvlərinin cəlb edildiyini diqqətə çatdırıb.
Mərkəzi Seçki Komissiyasının əməkdaşları Afiq Alıyev və Bəxtiyar Ağalarov iştirakçılara seçki prosesinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri və digər məsələlər barədə geniş məlumat veriblər. Bildirilib ki, öz mütərəqqiliyi ilə diqqət çəkən Azərbaycan Respublikasının Seçki Məcəlləsi istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı və fəaliyyəti üçün geniş imkanlar açır. Seçki prosesinin müşahidəsi bir qayda olaraq, müşahidəçinin öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında aparılır. Seçki komissiyalarının iclaslarında, seçki sənədləri və səslərin hesablanması ilə əlaqədar işin gedişində KİV nümayəndələrinin də iştirak etmək hüququ var.
Fevralın 20-də Şəki-Zaqatala bölgəsinə daxil olan digər rayonlarda da dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşmış kurslar davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

