/ / Məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara cəlb olunurlar
Məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara cəlb olunurlar
21.02.2018 [10:19]
Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar fevralın 19-dan Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər.
Kursun ikinci günündə MSK-nın nümayəndələri Elçin Nəsirli və Fərman Ələkbərovun “Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, rayon polis şöbəsinin rəisi Şirzad Əsgərovun “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri İlqar Hüseynovun “Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə və çıxışlarda prezident seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilib. Həmçinin seçkilərdə kütləvi informasiya vasitələrinin rolu, seçicilərin hüquqlarının qorunması, seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və digər məsələlərdən də geniş bəhs olunub.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri İlqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, 37 seçki məntəqəsi üzrə 47 min 255 seçici qeydiyyata alınıb. Onlardan 7-nin yaşı 100-dən yuxarıdır, 143 nəfər isə səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Seçki məntəqələri lazımi texniki avadanlıqlar, metodiki vəsaitlər, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub.
Qeyd edək ki, 105 saylı Tovuz, 107 saylı Qazax, 108 saylı Ağstafa, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda da bir sıra qanunvericilik aktları, təlimatlar barədə ətraflı məlumatlar verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

