“Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda konfrans keçirilib
02.03.2018 [09:55]
Martın 1-də Şabranda “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda keçirilən konfransda əhalinin bu istiqamətdə maarifləndirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılıb, 2018-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərin mahiyyəti izah olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şabran rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlətimizin başçısının imzaladığı “Azərbaycan Xalq Cümhuriyyəti İli” və “1918-cı il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamlarından irəli gələn məsələlər öz əksini tapıb.
Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, iştirakçılar Şabran Mədəniyyət Mərkəzi ilə tanış olublar.
Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov maariflənmənin insan düşüncəsinin, təfəkkürünün inkişafında mühüm rol oynadığını deyərək, Bilik Fondunun bu missiyanı uğurla həyata keçirdiyini diqqətə çatdırıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında Fondun layihələrindən söz açaraq, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə planlaşdırılan çoxsaylı tədbirlərdən danışıb. Şabranın Cümhuriyyət tarixində özünəməxsus yeri olduğunu xatırladan O.Səmədov ölkənin şanlı tarixi barədə gənclərin ətraflı biliklər almasının vacibliyinə toxunub, Vətənə sevgi, dövlətə sədaqət, xalqa hörmət hissinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
İcraçı direktor şabranlıları Fondun layihələrində daha yaxından iştirak etməyə çağırıb, əhalinin qurumun yerli nümayəndəsi ilə mütəmadi əlaqə saxlayaraq, arzu və təkliflərini bildirmələrini xahiş edib və növbəti tədbirlərin məhz bu istəklər üzərində hazırlanacağını söyləyib.
AMEA-nın ümumi tarix şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, Dövlət mükafatı laureatı Tofiq Mustafazadə “Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 il” mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirədə qeyd olunub ki, Cümhuriyyət dövründə müstəqilliyin ən qiymətli nemət olduğunu anlayan xalqımız Azərbaycanın gələcəkdə əbədi müstəqilliyə qovuşacağına inanırdı. Nəhayət xalqın inamı özünü doğrultdu, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu. İlk illərdə bir çox problemlərlə qarşılaşan xalqımız Ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Məhz Heydər Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi.
Fondun rayon nümayəndəsi, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru Fikrət Şamxalov “Şabranda bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə tarixi” adlı məruzəsində şabranlıların qəhrəmanlıq mübarizəsindən söz açaraq, onların düşmənə qarşı mətanətlə vuruşduqlarını tarixi faktlar əsasında diqqətə çatdırıb. Natiq deyib ki, hər bir şabranlı keçmişi ilə fəxr edə bilər, bunun üçün tarixi gerçəklikləri daha dərindən öyrənmək lazımdır.
Konfransda Bilik Fondu ilə əməkdaşlığın zəruriliyi vurğulanıb, Şabran rayon rəhbərliyinin, o cümlədən yerli ziyalıların bu əməkdaşlığa dəstək verməyə hazır olduqları qeyd edilib.
Sonda Şabran məktəblilərinin ifasında Vətənə, onun azadlığı və müstəqilliyi yolunda həyatını qurban vermiş şəhidlərə həsr olunan şeirlər söylənilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03

