Kestutis Yankauskas: Sentyabrda Naxçıvanda Avropa günləri keçiriləcək
03.05.2018 [09:42]
Muxtar respublikaya səfərimin məqsədi mayın 1-də peşə təhsili və təlimi seminarında iştirak etmək idi və bu seminar yüksək səviyyədə keçirildi. Burada avropalı və naxçıvanlı mütəxəssislər mövzu ilə bağlı elmi-təcrübi mübadilə apardı, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
“Səfər həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tədbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”, - deyən Kestutis Yankauskas vurğulayıb ki, bu tədbirlər gənclərə, təhsilə və biznesə həsr ediləcək. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələrin inkişaf etdirilməsi məsələləri birgə müzakirə olunacaq.
Kestutis Yankauskas deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtıdır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəaldırlar. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik”.
“Bu, mənim Naxçıvana ikinci səfərimdir. Bu müddət ərzində muxtar respublikanın sürətli inkişafının bir daha şahidi oldum. Naxçıvan Dövlət Universitetindəki elektron avadanlıqlar və virtual tədris mühiti məndə böyük təəssürat oyatdı. Əlbəttə, bu, texnologiyadan faydalanmaq, yeniliklər etmək üçün bir imkandır. Düşünürəm ki, biz burada “Erasmus +” proqramı çərçivəsində əməkdaşlığı daha da artıra bilərik”, - deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri bildirib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

