/ / ADU-da “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransı keçirilib
ADU-da “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransı keçirilib
22.05.2018 [09:25]
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.
ADU rəhbərliyi və konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək universitetin foyesində yerləşən büstü önünə tər çiçəklər qoyublar.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib.
Azərbaycan Dillər Universitetinin rektoru, konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor Kamal Abdulla qonaqları salamlayaraq onları universitetdə görməkdən şad olduğunu bildirib. Ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” adlı tələbə-şagird konfransının çox möhtəşəm başlandığını söyləyən rektor bu yaxınlarda ADU-nun “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq konfrans keçirdiyini diqqətə çatdırıb.
Konfransda Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Şamaxı rayon 2 nömrəli tam orta məktəb, Binəqədi rayon 298 nömrəli məktəb, 92 nömrəli məktəb, E.Ağayev adına 198 nömrəli məktəb, 314 nömrəli məktəb, V.Əzizov adına 30 nömrəli məktəb, Nərimanov rayonu 36 nömrəli tam orta məktəb, 264 nömrəli məktəb-lisey, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi, Yasamal rayon 225 nömrəli tam orta məktəb, Nizami rayon 227 nömrəli tam orta məktəb, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəb, E.Tağızadə adına 164 nömrəli tam orta məktəb, 204 nömrəli tam orta məktəb, Hüseynov adına tam orta məktəb, Nəsimi rayonu 46 nömrəli tam orta məktəb, Nəsimi rayonu 42 nömrəli tam orta məktəb, 299 nömrəli tam orta məktəb, Suraxanı rayonu 275 nömrəli tam orta məktəb, Binəqədi rayonu 260 nömrəli məktəb-liseyi, Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəb, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktor, müəllim və şagirdləri iştirak ediblər. Rektor K.Abdulla onları universitetdə görməyin olduqca sevindirici və şərəfli olduğunu vurğulayıb: “Biz gərək elə edək ki, onların iki günlük Bakı tətilləri və konfrans yadlarında əbədi qalsın”. Cocuq Mərcanlı kənd tam orta məktəbinin adını çəkdikdə qəhərlənən rektor: “Əlbəttə ki, bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”, - sözlərini ifadə edib.
N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Kəlbəcər rayonu 1 saylı orta məktəbinin direktoru Fərqanə Əhmədova, Nərimanov rayonu 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva və digərləri konfransın təşkilinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Konfransın “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Dil və ədəbiyyat”, “Pedaqoqika və psixologiya”, “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda bölmə iclasları ilə davam edib və iclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdləri də məruzələrlə çıxış ediblər.
Konfransın bağlanış mərasimində rektor Kamal Abdulla tərəfindən qaçqın və məcburi köçkün məktəblərinin direktor və şagirdlərinə hədiyyələr təqdim olunub.
Sonda Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin şagirdləri “Azərbaycan bayrağı” şeirini söyləyib və səhnəyə Azərbaycan bayrağı gətirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

