Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlıq məsələlərinə dair konfrans keçirilib

Gəncədə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlıq məsələlərinə dair konfrans keçirilib

31.05.2018 [09:13]

Dövlət Miqrasiya Xidmətinin (DMX) təşkilatçılığı ilə Gəncədə “Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir” mövzusunda konfrans təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin, məhkəmə orqanlarının, polis şöbələrinin pasport və qeydiyyat bölmələrinin məsul şəxsləri, bələdiyyə üzvləri və inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, ictimaiyyət təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev konfransı açaraq bildirib ki, tədbirin məqsədi vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkilidir.
“Dövlət Miqrasiya Xidməti və vətəndaşlıq məsələləri” mövzusunda çıxış edən DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov Xidmətin fəaliyyət istiqamətlərindən danışıb. Rza Talıbov ictimaiyyətin nümayəndələrinin miqrasiya sahəsində hüquqi maarifləndirilməsi, vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi tədbirlərin, görüşlərin, eləcə də gördüyü işlərin əhəmiyyətini qeyd edib.
İnsan hüquq və azadlıqlarının təminatının dövlət siyasətinin ali prinsiplərindən olduğunu deyən və bu hüquqların müdafiəsinin möhkəmləndirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verən Rza Talıbov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən bütün tədbirlər məhz hər bir ölkə vətəndaşlarının hüquqlarının müdafiəsinə yönəlib. Dövlətimizin başçısının 2008-ci il 6 mart tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2008-ci ildən indiyədək 2257 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 68 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1529 nəfəri, vətəndaşlığı bərpa edilmiş şəxslərdən isə 44 nəfəri vətəndaşlığı olmayan şəxslərdir. Bununla belə, Dövlət Miqrasiya Xidməti tərəfindən 2018-ci il mayın 1-dək 105 min 38 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar aidiyyəti dövlət qurumu tərəfindən ölkə vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.
“Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən Gəncə Regional Miqrasiya İdarəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Orxan Xıdırov bildirib ki, respublikanın davamlı inkişafı və təhlükəsizliyin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini zəruri edib. Bu gün DMX tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilərək miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.
Qeyd edilib ki, miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edən tədbirlərdən biri də Azərbaycan Prezidenti tərəfindən imzalanmış “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2009-cu il 4 mart tarixli müvafiq Fərmandır. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 8 aprel tarixli müvafiq Fərmanı ilə Dövlət Miqrasiya Xidmətinə hüquq mühafizə orqanı statusu verilib.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün 2008-ci il noyabrın 3-də Xidmətin (www.migration.gov.az) internet səhifəsi istifadəyə verilib. 2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin üç dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən 012 919 - Çağrı mərkəzi yaradılıb. Xidmətin 2010-cu ildən Azərbaycan, rus və ingilis dillərində dərc edilən ilk mətbu nəşri - “Miqrasiya” jurnalı çap olunmağa başlayıb. Prezident İlham Əliyevin 2010-cu il 4 iyun tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnaməyə uyğun olaraq miqrasiya sahəsində vahid informasiya sistemi - Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) və onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Azərbaycan respublikası Əhalisinin Dövlət reyestri ilə inteqrasiyası təmin olunub.
Vurğulanıb ki, bu gün Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də Dövlət Miqrasiya Xidməti tərəfindən bir neçə xidmət növü təqdim olunur. Prezident İlham Əliyevin 2015-ci il 31 avqust tarixli Fərmanı ilə bu xidmətlər siyahısına şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması da daxil edilib.
Sonra mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda Gəncə Regional Miqrasiya İdarəsinin xidməti ərazisində yaşayan vətəndaşlıq məsələləri barədə problemləri olan şəxslərin müraciətlərinə baxılıb.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31