/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətində tələbələrin “Turizm toplantısı” turniri keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətində tələbələrin “Turizm toplantısı” turniri keçirilib
15.06.2018 [07:38]
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsünə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Kaluqa vilayətində şəhərətrafı “PineRiver” otelində tələbələrin “Turizm toplantısı” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açılış mərasimində idman toplantısının iştirakçılarını salamlayaraq, gənclər təşkilatı tərəfindən keçirilən idman tədbirlərinə göstərilən marağa görə onlara təşəkkürünü bildirib.
E.Hacıyev gənclərə RAGB-nin fəaliyyəti, görülmüş işlər və gələcək planlar barədə məlumat verib. O deyib: “Leyla xanım Əliyeva bu yaxınlarda, mayın 31-də Həştərxanda RAGB-nin regional nümayəndəliklərinin üzvləri ilə görüşüb. Mühüm məsələlər qaldırılan görüşün iştirakçıları fikir mübadiləsi aparıb, qarşıdakı vəzifələri müzakirə ediblər. Leyla xanım öz çıxışında RAGB-nin idman layihələrinə diqqəti cəlb edib, bizim fəalların bu sahədə qazandığı uğurları qeyd edib. Mənə çox xoşdur ki, siz hamınız sağlam həyat tərzinə böyük diqqət yetirirsiniz. Bizim bugünkü turnirimiz Azərbaycanın istedadlı gənclərini birləşdirir, onların vətənpərvərlik ruhunu möhkəmlədir. Bütün bunlar bizim təşkilatın əsasını təşkil edir. Qarşıda bizi maraqlı layihələr gözləyir. Sizi bu layihələrdə görməyə şad olarıq. Mən hər birinizə yaxşı oyun və gümrahlıq arzu edirəm”.
Sonra komandalar təqdim edilib, onlara təlimat verilib, daha sonra Rusiya Federasiyasının, Azərbaycan Respublikasının və RAGB-nin bayraqları qaldırılıb.
İdman-sağlamlıq turnirinin ən güclü və ən yaxşı iştirakçıları adı uğrunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (MDU), RF Hökuməti yanında Maliyyə Universitetini, Ali İqtisad Məktəbini, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini (MDTU), Q.V.Plexanov adına Rusiya İqtisad Universitetini (RİU), Moskva Dövlət Pedaqoji Universitetini (MDPU), RAGB-nin Kaluqa regional bölməsini təmsil edən 12 komanda mübarizə aparıb.
Yarışlarda RAGB-nin 100-ə yaxın fəal üzvü iştirak edib. Onlar “Friroup”, “Skaladrom”, Kamandan oxatma, “Yüksək şəhərcik”, “Turizm zolağı”, Kanoedə üzmə və digər növlərdə güclərini sınayıblar.
Yarışların yekunlarına əsasən “Panterı” komandası (İ.M.Seçenov adına MDTU) oyunun qalibi olub. İkinci yeri MDPU-nun “Şirlər” komandası, üçüncü yeri MADİ-nin “Qorillalar” komandası tutub. “Canavarlar”, “Şahinlər”, “Ayılar” komandaları qələbə əzminə görə təltif ediliblər.
İdman yarışlarının iştirakçıları bu münasibətlə təşkil edilmiş səhra mətbəxində qidalanıblar.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

