VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi işini davam etdirir
03.08.2018 [09:04]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi avqustun 2-də işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, yay məktəbinin dördüncü günü Rusiyanın Ural Federal Universitetinin professoru Tatyana Nesterovanın “Avropa dövlətlərinin müasir miqrasiya siyasəti”, BBMM-in şöbə müdiri Rəşad İlyasovun “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və BBMM-in fəaliyyəti” mövzularında mühazirələri dinlənilib.
Tatyana Nesterova mühazirəsində müasir dövrün problemlərdən birinin də miqrasiya prosesinin olduğunu bildirib. Qeyd edib ki, Avropa İttifaqı XXI əsrin ikinci onilliyində misli görünməmiş böhranla qarşılaşıb. Bu böhran Avropanın sosial, iqtisadi və siyasi sferalarına təsirini göstərir. Bu böhrana “miqrasiya böhranı” adı verildi. Avropaya Afrika ölkələrindən və Asiyadan miqrantların sayı kəskin artdı.
T.Nesterova bildirib ki, miqrantların adaptasiyası, onların Avropa cəmiyyətinə inteqrasiyası miqrant qəbul edən bir çox ölkələr üçün həll edilməmiş problem olaraq qalır.
Rəşad İlyasov mühazirəsində BBMM-in fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycan rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırdığını, BBMM-in 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. R.İlyasov Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu deyib.
Vurğulanıb ki, Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.
Mühazirələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Proqrama uyğun olaraq VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Qəbələ rayonunun Nic qəsəbəsində Alban-Udi kilsəsi ilə tanış olacaqlar, yerli əhali - udinlərlə görüşəcəklər. Gənclər, həmçinin Tufandağ yay-qış turizm istirahət kompleksi ilə də tanış olacaqlar. Sonra “Öz xalqını təqdim et” adlı musiqili axşamda yay məktəbi iştirakçılarının təqdimatları olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

