Dini təhlükəsizlik olmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür
07.08.2018 [09:07]
Azərbaycan dünyəvilik prinsiplərinə əsaslanmaqla milli-mənəvi, multikultural və ənənəvi İslam dəyərlərini qoruyur və inkişaf etdirir. Azərbaycan dövləti multikulturalizmi və dini tolerantlığı dövlət siyasətinə çevirməklə bu şəraiti ölkəmizdə nümunəvi şəkildə formalaşdırmağı bacarıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Quba şəhərində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda keçirilən seminar-müşavirədə bəhs olunub.
Tədbirdə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, bu qurumların Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarındakı yerli strukturlarının nümayəndələri, prokurorlar, ziyalılar və dindarlar iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ölkəmizdə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı ilə yanaşıldığını, onların problemlərinin həllinin Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Z.Əliyev bildirib ki, Azərbaycanda dini ibadətgahlar təmir və bərpa edilir, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulması, multikultural və tolerant dəyərlər dünya üçün örnəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov tədbirdə nümayiş etdirilən “Şəhadət” filmi barədə, o cümlədən Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və radikal qruplaşmaların, qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışıb. S.Heydərov deyib ki, “Şəhadət” sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi, onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.
Radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları barədə danışan Komitə sədrinin müavini vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri məhz dini təhlükəsizlikdir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərir ki, dini təhlükəsizlik olmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür.
Sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi olduqca vacibdir.
S.Heydərov çıxışında dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri barədə danışıb. Bildirib ki, dünyanın bəzi aparıcı güc mərkəzləri geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün dini siyasiləşdirərək ondan bir vasitə kimi istifadə etməyə cəhdlər göstərirlər.
Tədbirdə, həmçinin Baş Prokurorluğun nümayəndəsi Namiq Muradov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu deyən N.Muradov, eyni zamanda, dini ekstremizmə qarşı mübarizənin məqsədləri və əsas prinsipləri haqqında danışıb.
Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Naib Səttərov bildirib ki, bölgədə dini durum sabitdir. N.Səttərov qeyd edib ki, dini etiqad azadlığının təmin olunması, bölgədə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.
Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

