Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya Federasiyasına səfər edəcək
14.09.2018 [09:31]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək.
QMİ-dən AZƏRTAC-a bildiriblər ki, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etməkdir. Yaradılmasının 20 illiyi tamam olan Mərkəzin təsisçisi Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə sentyabrın 15-də Çerkessk şəhərində təntənəli toplantı keçiriləcək.
Qeyd edək ki, Mərkəz 1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) tərəfindən təsis edilib.
QXADŞ ilə Şimali Qafqaz müftiləri arasında əməkdaşlıq səviyyəsinin, koordinasiya işinin yüksəldilməsi məqsədinə xidmət edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə Şimali Qafqazın bütün müftiləri daxildir və sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevdir.
Əlaqələndirmə Mərkəzinin 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə təsisçi və təşkilatçı qurumun rəhbəri olaraq şeyxülislam A.Paşazadənin məruzəsində Mərkəzin tarixinə, fəaliyyət uğurlarına dair məqamlarla yanaşı, Azərbaycan-Rusiya mənəvi əlaqələrinin qorunub saxlanılması, inkişaf etdirilməsinə verilən töhfələr, habelə Azərbaycan dövlətinin, onun liderinin bölgəmiz və dünya üçün əhəmiyyətli təşəbbüs və ideyalarının önəmi vurğulanacaq.
Təntənəli mərasimdə Rusiya Federasiyasının Prezidenti Administrasiyasının məsul rəsmiləri, Rusiya Federasiyasının Şimali Qafqaz subyekti olan respublikalarının rəhbərlərinin, Rusiya Federasiyasının digər respublikalarının dini liderlərinin, habelə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanının müavininin qonaq qismində qatılacağı nəzərdə tutulub.
Qeyd edək ki, Əlaqələndirmə Mərkəzinin üzvləri Azərbaycanda keçirilən dinlərarası dialoqa dair bütün mühüm tədbirlərdə yaxından iştirak edib və dəfələrlə dövlətimizin başçısı tərəfindən qəbul olunublar. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində Bakıda, Rusiya Federasiyasında, habelə Türkiyə, Özbəkistan və digər ölkələrdə keçirilən tədbirlərin fəal iştirakçıları olublar.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

