/ / Miqrantların və digər kateqoriyadan olan insanların sağlamlığının qorunması məsələləri müzakirə edilib
Miqrantların və digər kateqoriyadan olan insanların sağlamlığının qorunması məsələləri müzakirə edilib
12.10.2018 [08:59]
Bakıda miqrantların və digər kateqoriyadan olan insanların sağlamlığının qorunması məsələləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 11-də “Cənubi Qafqaz ölkələrində miqrantlar və mobil əhali qrupları arasında İİV/QİÇS və vərəmə yoluxma hallarının aşkar edilməsi, müalicəsi və qarşısının alınması üçün mexanizmlərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində konfrans keçirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Serhan Aktoprak layihənin miqrantların və digər kateqoriyadan olan insanların sağlamlığının qorunmasındakı rolundan danışıb, konfransda müzakirə olunacaq məsələlər barədə məlumat verib.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində mühüm yeniliklərin tətbiq olunduğunu, bunun da şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə, gömrük-biznes münasibətlərinin inkişafına təkan verdiyini vurğulayıb. İdarə rəisi gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, əhalinin sağlamlığının da keşiyində durduğunu bildirib və bu mənada insanların sağlamlığının qorunmasının sərhəddən başladığını söyləyib.
Qeyd olunub ki, ölkənin bütün hava limanlarında və gömrük-sərhəd keçid məntəqələrində insanların bədən hərarətini müəyyən edən avadanlıqlar quraşdırılıb və şübhəli hallar müəyyənləşdirildikdə dərhal müvafiq tədbirlər görülür. “Bir pəncərə” prinsipinin tətbiqindən sonra sanitariya nəzarətinin artıq gömrük orqanlarına həvalə olunduğu, yüksək ixtisaslı kadrların işə cəlb edildiyi bildirilib.
S.Qaralov BMqT ilə birlikdə həyata keçiriləcək layihə çərçivəsində əməkdaşlığın daha da gücləndiriləcəyini, bunun da insanların sərhədkeçmə prosesini sürətləndirəcəyini diqqətə çatdırıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nizami Quliyev və Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstan nümayəndəliyinin rəhbəri Sanya Çelebiç-Lukovaç mövzu ilə bağlı fikirlərini bölüşüb, layihə çərçivəsində görülən işlərdən danışıb, əməkdaşlığın gücləndirilməsinin ümumi işə faydasından bəhs ediblər.
Sonra konfransın gündəliyində nəzərdə tutulan məsələlərlə bağlı çıxışlar dinlənilib.
“Cənubi Qafqaz ölkələrində miqrantlar və mobil əhali qrupları arasında İİV/QİÇS və vərəmə yoluxma hallarının aşkar edilməsi, müalicəsi və qarşısının alınması üçün mexanizmlərin təkmilləşdirilməsi” layihəsi BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
Konfransda Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və digər müvafiq dövlət qurumlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

