/ / “Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
14.11.2018 [09:51]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” 6-11 noyabr tarixlərində Bakıda YARAT Müasir İncəsənət Məkanı tərəfindən keçirilən ikinci M.A.P. Beynəlxalq Teatr Festivalının baş sponsoru olub.
“Bakcell” artıq ikinci ildir ki, M.A.P. Festivalının baş sponsorudur. Keçən il olduğu kimi, bu ilin tamaşaları da böyük uğur qazanıb və bütün yaş qruplarında olan teatr və performans həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Fikrimcə, bu festival həm yerli, həm də beynəlxalq müstəvidə olduqda vacib bir tədbirdir. Yüksək səviyyədə təşkil edilmiş bu təşəbbüsə görə YARAT Müasir İncəsənət Məkanına “Bakcell” adından təşəkkürümüzü bildirmək istərdim. “Bakcell” şirkəti Azərbaycanda musiqi və incəsənətin inkişafına və ölkənin gəncləri arasında mədəniyyət və incəsənətin təblığ edilməsinə töhfə verməyə davam edəcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers qeyd edib.
Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. (musiqi, incəsənət və performans) Festivalı tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonu ilə tanış olmağa kömək etmək məqsədilə özündə müxtəlif teatr nümunələrini birləşdirir. Builki festival çərçivəsində İtaliya, Danimarka, Estoniya, Almaniya, İran, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim olunub. Festival zamanı nümayiş etdirilmiş unikal tamaşalar ictimaiyyətin böyük marağına səbəb olmaqla Azərbaycanın teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib. Tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməsinə və fikir mübadiləsi aparmasına imkan yaradıb.
“Biz qarşımıza incəsənət vasitəsilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən, insanları bir araya gətirən və dünyanın müxtəlif yerlərindən müasir teatr tamaşaları ilə tanış olmağa imkan verən festival keçirmək məqsədi qoymuşduq. Builki M.A.P. Festivalının uğuru bir daha göstərdi ki, bütün yaş təbəqələrinə aid Azərbaycan tamaşaçılarının müxtəlif teatr janrlarına böyük marağı var. Bu, ölkəmizdə incəsənət və mədəniyyətin inkişafına yönəlmiş fəaliyyətimizi davam etdirmək üçün bizə əlavə stimul verir. M.A.P. Festivalını növbəti dəfə dəstəklədiyi üçün “Bakcell”ə öz dərin təşəkkürümü bildirirəm. Artıq ikinci ildir ki, M.A.P. Festivalının baş sponsoru qismində çıxış etməsi “Bakcell” şirkətinin Azərbaycanda incəsənət və mədəniyyətin inkişafına verdiyi töhfənin bariz nümunəsidir”, - deyə “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki bildirib.
Azərbaycanın payız təqvimində əlamətdar yer tutmuş M.A.P. Festivalı teatrın Azərbaycanın mədəni həyatında öz əvvəlki nüfuzunu və əhəmiyyətini qaytarmasına xidmət edib.
Milli telekommunikasiya operatoru olan “Bakcell” ölkədə irimiqyaslı və nüfuzlu mədəniyyət layihələrinə daim dəstək göstərir.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 16:22
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03

