Türkiyədə təhsil alan azərbaycanlı məzunların görüşü keçirilib
15.11.2018 [17:13]
Abdullah Eren: Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyət həyatının bütün sahələrində fəallıq nümayiş etdirərək Azərbaycanın inkişafına töhfə verməyə çalışırlar
Noyabrın 14-də Türkiyənin Azərbaycandakı səfirliyinin, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin təşkilatçılığı ilə qardaş ölkədə təhsil alan azərbaycanlı məzunların görüşü keçirilib. Milli Məclisin deputatları, Azərbaycanın müxtəlif ali məktəblərinin rektorları, azərbaycanlı və türkiyəli iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, QHT-lərin təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədi Türkiyənin ali təhsil müəssisələrindən məzun olmuş gənclər, o cümlədən Azərbaycan vətəndaşları arasında əməkdaşlığı inkişaf etdirməkdir: "Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyət həyatının bütün sahələrində fəallıq nümayiş etdirərək Azərbaycanın inkişafına töhfə verməyə çalışırlar. Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi də bu məsələdə məzunlara dəstək olmağa çalışır".
Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verdiyini, hazırda Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib. Onun sözlərinə görə, məhz Azərbaycan Prezidentinin bu diqqət və qayğısının nəticəsidir ki, gənclərimizin xarici ölkələrdə təhsil almaları ilə bağlı mühüm Dövlət proqramları qəbul edilir və uğurla reallaşdırılır: "Türkiyə universitetlərindən məzun olmuş minlərlə gənc bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin başçısının yürütdüyü siyasəti dəstəkləyir. Bu gün hər birimiz torpaqlarımızı işğaldan azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. İnanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq".
Şura sədri bildirib ki, 1992-1993-cü tədris ilindən başlayaraq, həyata keçirilən "Böyük tələbə layihəsi" türkdilli xalqlar, o cümlədən Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsinə mühüm töhfə verib.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ölkəsinin qardaş Azərbaycana müstəqilliyinin bərpasından sonra müxtəlif sahələrdə fəal dəstək göstərdiyini bildirib. Diplomat bu dövrdə yüz minlərlə azərbaycanlı gəncin Türkiyənin müxtəlif ali məktəblərində təhsil alması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, bu gün 125 min gənc Türkiyə universitetlərinin məzunlarıdır. Türkiyədə təhsil almış gənclər xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verirlər.
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ulu öndərlər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" kəlamlarını məmnunluqla xatırladaraq ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan qədim dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini bildirib. O deyib ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək: "Bu əlaqələr Azərbaycanın və Türkiyənin regionda və dünyada böyük gücə çevrilməsinə səbəb olacaq".
Bu işdə gənclərin böyük rol oynadığını deyən nazir bunun siyasi, iqtisadi və hərbi sahədə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra azərbaycanlı gənclərin Türkiyədə təhsil almalarına dair videoçarx nümayiş olunub.
Sonda yüksək fəallıqları ilə seçilən məzunların bir qrupuna mükafatlar təqdim edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

