/ / Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
16.11.2018 [10:00]
Noyabrın 15-də Bakıda Avropa Şurasının, Hüquqşünasların Beynəlxalq Komissiyasının və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə 16 xarici ölkənin, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə, Niderland, Böyük Britaniya, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan Vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurasının, Avropa İttifaqının, Hüquqşünasların Beynəlxalq Komissiyasının, Birləşmiş Millətlər Təşkilatının, Avropa Vəkillər İttifaqının, Hüquq cəmiyyətləri və digər beynəlxalq təşkilatların nümayəndələri, habelə Milli Məclisin deputatları, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimləri, dövlət orqanları və qeyri-hökumət təşkilatlarının, Vəkillər Kollegiyasının təmsilçiləri yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
İki gün davam edəcək və 4 sessiyada keçiriləcək konfransda müvəkkillərin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılır.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov bildirib ki, vəkillik institutunun rolunun və müstəqilliyinin artırılmasına dair nəzərdə tutulan müzakirələr və təcrübə mübadiləsi bu təsisatın perspektivləri barədə yeni ideyaların formalaşmasına töhfə verəcək. Vəkillik institutu hər bir demokratik cəmiyyətin, hüquqi dövlətin mühüm elementlərindən biridir. Hakimlər və prokurorlarla yanaşı, vəkillər də qanunun aliliyi və insan hüquqlarının təmin edilməsində çox vacib missiya həyata keçirirlər. Onların müstəqil və azad şəkildə fəaliyyət göstərə bilməsi insan haqlarının və ədalətli məhkəmə hüququnun təmin olunması ilə bağlıdır. Təsadüfi deyil ki, BMT və Avropa Şurası tərəfindən vəkilliklə bağlı Əsas prinsiplər (Vəkillərin rolu haqqında), Tövsiyələr (Vəkillik peşəsinin azad icra edilməsi üzrə) kimi mühüm sənədlər qəbul olunub.
Konfransın işinə uğurlar arzulayan nazir müavini qeyd edib ki, Azərbaycanda vəkilliyin təşəkkülü Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli liderin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendumla qəbul edilmiş Konstitusiyada hüquqi yardımla bağlı müddəalar yer alıb. Ölkəmizdə 1999-cu ildə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul olunub. Prosessual qanunvericilikdə onun statusu gücləndirildi və bununla da ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik tam müstəqil və hakimiyyətin heç bir qolundan asılı olmayan təsisata çevrildi. Hazırda vəkillik fəaliyyəti dövlətimizin diqqət mərkəzindədir. Bu sahəni tənzimləyən qanunvericilik təkmilləşdirilir, dövlətimizin başçısının sərəncamlarına, habelə insan hüquqlarının müdafiəsi, şəffaflığın artırılması məsələləri ilə bağlı və digər sahələr üzrə müxtəlif Dövlət və Milli Fəaliyyət proqramlarına uyğun olaraq, vəkillik institutunun gücləndirilməsi, onun müstəqilliyinin təmin edilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, vəkillərin peşəkarlığının və göstərdikləri hüquqi yardımın səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülür. Vəkillər məhkəmələrin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində bu məhkəmə təsisatlarının yaradıldığı andan təmsil olunurlar.
A.Cəfərov diqqətə çatdırıb ki, bu il fevralın 22-də ölkəmizdə vəkilliyin inkişafı ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, Vəkillər Kollegiyasının maddi-texnik təminatı daha da yaxşılaşdırılıb, hüquqi yardım haqqı artırılıb, digər tədbirlər həyata keçirilib.
Bu yaxınlarda yaradılmasının 100 illiyini qeyd edəcək Ədliyyə Nazirliyi bu gün sovet dövründən fərqli olaraq Vəkillər Kollegiyası ilə bərabər tərəfdaş kimi uğurla əməkdaşlıq edir. Bu əməkdaşlıqda əsas yük Ədliyyə Akademiyasının üzərinə düşür. Əvvəllər vəkillərin tədrisi ilə məşğul olan qurum ümumiyyətlə mövcud olmadığı halda, hazırda Akademiyada vəkilliyə namizədlərin peşəyə buraxılması məqsədilə onların ilkin, fəaliyyət göstərən vəkillərin isə davamlı tədrisi, ixtisaslarının artırılması həyata keçirilir. Bu zaman insan haqlarının müdafiəsi məsələlərinə, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə xüsusi diqqət yetirilir. Son bir il yarım ərzində Akademiya ilə birgə layihələr çərçivəsində keçirilən 22 təlimə 400-dən çox vəkil cəlb edilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq, konfransın məqsədi və proqramı barədə məlumat verib. O, son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində aparılan tədbirlərdən, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Ölkəmizdə bu sahədə mövcud çatışmazlıqlar və onların aradan qaldırılması üçün görülən işlər barədə məlumat verən Kollegiya sədri konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün mühüm rol oynadığını bildirib.
A.Bağırov qeyd edib ki, əhəmiyyəti baxımından belə böyük tədbir Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tarixində ilk dəfədir keçirilir. İki gün davam edəcək konfransın bütün sessiyaları vəkillərin, ümumilikdə vəkilliyin müstəqilliyini şərtləndirən mövzulara həsr olunub.
Kollegiyanın sədri deyib ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı vəkillik institutunun inkişafında dövlətin nə dərəcədə maraqlı olduğunu sübut edir və həm vəkilliyin, həm də keyfiyyətli hüquqi yardımın əlçatan olması baxımından əvəzsiz sənəddir. Bu gün Vəkillər Kollegiyası həm vəkillər, həm də onlarla Kollegiya və üçüncü tərəf arasında yaranan münasibətlərin daha peşəkar və korporativ olmasına çalışır. Bu korporativ münasibətləri təmin etmək üçün Kollegiyanın Rəyasət Heyəti son bir ilə yaxın müddətdə neçə-neçə sənədlər qəbul edib, vəkillərin sayının artırılması, onların peşə bacarıqlarının daha da təkmilləşdirilməsi üzrə ciddi işlər görür.
Avropa Şurasının insan hüquqları üzrə direktoru Kristof Poirel, Hüquqşünasların Beynəlxalq Komissiyasının baş katibi Saman Zarifi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışlarında konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirib, təşkilatçılığa görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.
Diqqətə çatdırılıb ki, mühüm mövzuya həsr edilən konfrans yerli və əcnəbi vəkillər üçün çox əhəmiyyətlidir. Konfrans vəkilləri, hüquqşünasları maraqlandıran məsələlərin müzakirəsi, bu sahədə təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkandır.
Açılış çıxışlarından sonra konfrans işini sessiyalarla davam etdirib.
Hüquqşünasların Beynəlxalq Komissiyasının baş katibi Saman Zarifinin moderatorluq etdiyi “Vəkillərin statusunun və rolunun dəstəklənməsi: Vəkil peşəsinin təşkili yolları” mövzusunda birinci sessiyada Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Vəkillik peşəsinin təşkili vasitəsilə müstəqilliyin təmin edilməsi” mövzusunda məruzəsi dinlənilib. A.Bağırov məruzəsində son dövrlər ölkəmizdə vəkilliyin inkişafı sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sessiyada Hüquqşünasların Beynəlxalq Komissiyasının Avropa regional proqramının direktoru xanım Rouşin Pilley “Vəkillərin müstəqilliyinə dair beynəlxalq standartlar: institusional aspektlər”, Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətlərinin vitse-prezidenti Ranko Poliçariç “Vəkil peşəsinin təşkili yolu ilə müstəqilliyin təmin edilməsi-beynəlxalq standartlar” mövzularında çıxışlar ediblər.
Avropa Şurasının departament rəhbəri Mixail Lobovun moderatorluğu ilə keçirilən “Vəkil etikası: Vəzifələr, azadlıqlar və məhdudiyyətlər” mövzusundakı ikinci sessiyada “Vəkillərin peşə davranışı: hüquqlar və vəzifələr”, “Vəkillərin etik qaydalarına dair beynəlxalq standartlar”, “Müqayisəli perspektivlər: Vəkillərin peşə və etik vəzifələrinin həyata keçirilməsi üçün lazımı mühitin yaradılması üçün çağırışlar-beynəlxalq standartlar” mövzularında məruzələr dinlənilib.
Sessiyalarda Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədri Mətin Feyzioğlu, Belarus Vəkillər Kollegiyasının sədri Viktor Çayçits, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani, Rusiya Vəkillərinin Federal Palatasının sədri Yuri Pilipenko, Hollandiya Vəkillər Kollegiyasının sabiq prezidenti, kollegiyanın etika komissiyasının sədri Yerun Brouyer çıxış edərək ölkələrinin bu sahədəki təcrübələrini bölüşüblər.
Konfrans işini noyabrın 16-da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

