/ / Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirilib
29.11.2018 [09:54]
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 450-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışaraq deyib: “Bu cür geniş təqdimatın keçirilməsinin əhəmiyyətli səbəbləri var. Bunlardan biri, Şuranın gələn ildən etibarən tətbiq edəcəyi yeniliklərin təqdimatıdır. Belə ki, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə hazırlanan proqramlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı Fərman və sərəncamları rəhbər tutaraq təqdim edilib. İctimai dinləmənin keçirilməsinin ikinci mühüm şərti QHT-lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir”.
Azay Quliyev vurğulayıb ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin böyük ictimai əhəmiyyəti var. Belə ki, layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi, müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti, QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi, konsultativ dəstək üzrə onlayn xidmət, apelyasiya komissiyasının iclasında onlayn iştirak kimi proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaq.
Onun sözlərinə görə, tətbiq olunan bu elektron xidmət və proqramlar şuranın fəaliyyətində şəffaflığı daha da artırır, qurumla QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun cari ildə keçirdiyi müsabiqələr çərçivəsində icra olunan layihələrin hesabatlılıq vəziyyətini təhlil edib.
O qeyd edib ki, 2018-ci ildə ötən illə müqayisədə xeyli layihə dəstəklənib. 543 layihənin Şura tərəfindən dəstəkləndiyini deyən F.Qurbanov QHT-lərin təqdim etdiyi layihələrin sənədləşməsində müəyyən qüsurların olduğunu da vurğulayıb. Yeni proqramın tətbiqindən sonra haqqında bəhs olunan problemlərin azalacağı proqnozlaşdırılır.
Təqdimatdan sonra tədbir iştirakçıları yeniliklərlə bağlı fikir və rəylərini bildirib, QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

