Naxçıvanda “Azərbaycanın intellektual birincisi” layihəsinin regional turniri keçirilib
03.12.2018 [16:18]
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Azərbaycanın intellektual birincisi” layihəsinin Naxçıvan Muxtar Respublikası üzrə turnirinin açılış tədbiri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti ölkəmizdə gənclərin hərtərəfli inkişafını təmin edib. Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəallıq göstərir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada da dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin istedadlarının üzə çıxarılması, intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə kompleks tədbirlər görülür. Gənclərin mənəvi tərbiyəsi və onların ictimai-mədəni həyatda iştirakı daim diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublikada yeni texnologiyalara yiyələnmiş, milli dəyərlərə sahib və çağdaş təfəkkürə malik vətənpərvər gənc nəsil formalaşıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında gənclər siyasətinin daha bir bəhrəsi isə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsidir. Bu, Naxçıvan Muxtar Respublikası tarixində əlamətdar hadisələrdən biri olaraq muxtar respublikanın və Naxçıvan şəhərinin mövcud imkanlarının ölkə və beynəlxalq miqyasda təbliği baxımından böyük əhəmiyyətə malikdir. Bu il Naxçıvan şəhərində gənclərlə bağlı çoxsaylı ölkə və beynəlxalq səviyyəli tədbirlər keçirilib.
Sahir Rüstəmov “Azərbaycanın intellektual birincisi” layihəsinin gənclər üçün faydalı olacağını bildirib və iştirakçılara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzindədir. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi, eyni zamanda, İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar Naxçıvan şəhərində keçirilən tədbirlərdə də gənclər fəal iştirak edirlər.
Ölkəmizdə gənclərə, onların inkişafına dəstək göstərildiyini vurğulayan “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin intellektinin qiymətləndirilməsinə və dəyərləndirilməsinə imkan verir. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
Sonra “Azərbaycanın intellektual birincisi” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin 70-dən çox rayonundan 1500 gənc iştirak edib. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanıb. “Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakı şəhərində keçiriləcək.
Mərasimdən sonra Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə “Azərbaycanın intellektual birincisi” layihəsinin regional turniri keçirilib.
Turnirin nəticələrinə görə, “Vətəni tanı” intellektual oyunu üzrə Şahbuz rayon komandası, “Nə? Harada? Nə zaman?” oyunu üzrə Babək rayon komandası, “Axtar-tap” və “Xəmsə” intellektual oyunları üzrə Naxçıvan şəhər komandası birinci olub. Həmin komandalara təşkilatçılar tərəfindən diplomlar verilib.
Qeyd edək ki, qalib komandalar Bakı şəhərində keçiriləcək “Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsində muxtar respublikanı təmsil edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

