/ / Şeyxülislam Allahşükür Paşazadə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib
Şeyxülislam Allahşükür Paşazadə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib
07.12.2018 [10:12]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib. KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olan şeyxülislam A.Paşazadə bəyanatında qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və digər dinlərin liderləri də müvafiq bəyanatlar veriblər.
QMİ-nin Mətbuat Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində dayanan beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri A.Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində önəmli hadisə kimi qiymətləndirib.
Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmadığını bildirən şeyxülislam A.Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığını və bunun da ikili standartlara yol açdığını bildirib. QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyillərini xüsusi vurğulayıb.
QMİ sədri insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu bildirərək, bunun ağır nəticələri kontekstində diqqəti BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinin indiyədək yerinə yetirilməməsinə yönəldib.
XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən şeyxülislam A.Paşazadə bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmin-amanlığın bərqərar olması üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, dünya miqyasında taleyüklü qərarlar verilərkən dini liderlərin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var.
Bu gün milli, irqi, dini ekstremizmin qarşısını ala biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğunu vurğulayan şeyxülislam A.Paşazadə, bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modelini bütün dünya üçün örnək göstərib. QMİ sədri bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dinc şəkildə birgə yaşayır, multikulturalizm gündəlik həyat tərzidir. Bu baxımdan Azərbaycan nadir ölkələrdən biridir. Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin ali qarant olduğuna, həm də milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəkən A.Paşazadə qeyd edib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli”, eləcə də müəllifi olduğu 10 illik tarixə malik “Bakı prosesi” məhz bu məramlara xidmət edir. Azərbaycan bu ideyaları irəli sürməklə, onları təqdim etməklə kifayətlənmir, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olanadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərir. Şeyxülislam A.Paşazadə dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin də dinlərarası dialoq istiqamətində səylərini qeyd edib.
Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyinə diqqətçəkən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədəmüvafiq olduğunu bildirib: “BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınması üçün dünya dini liderlərinin beynəlxalq platformada - BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir”.
Bəyanatda deyilir ki, BMT qlobal problemlərin həllində dünya dini liderlərinin rəy və tövsiyələrinin beynəlxalq müstəvidə nəzərə alınmasını təmin edərsə, bu, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar və təşkilatın mötəbər beynəlxalq struktur kimi daha da təkmilləşməsinə, nüfuz və dəyərinin daha da artmasına xidmət edər.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

