Vətənpərvər gənclər yetişdirmək ən müqəddəs işdir
08.12.2018 [10:07]
Bu yöndə həyata keçirilən tədbirlərə öz töhfəsini vermək Vətən torpaqları işğal altında olan Azərbaycanın hər bir vətəndaşının borcudur
Vətənpərvərlik hissi hər bir millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətləri əsasında formalaşır. Tarixən bu məfhum yeni dövlətlərin yaranması, milli-azadlıq hərəkatlarının vüsət alması zamanı, xüsusilə müharibə ərəfəsində daha aktual olub. Müharibə və sülh dövründə vətənpərvərliyin əsasını vətənə, dövlətə sadiqlik və öz canını bu müqəddəs amal üçün qurban verməyə hazır olmaq duyğuları təşkil edib.
Azərbaycanda da həmişə Vətən, torpaq ana kimi əziz hesab edilib, onun uğrunda canını fəda etmək müqəddəs vəzifə kimi qarşıya qoyulub. Təsadüfi deyil ki, istiqlal şairimiz Əhməd Cavad himnimizdə “Azərbaycan” adlı Vətən üçün hər bir gəncin canından keçməyə hazır olduğunu birmənalı şəkildə qeyd edib.
27 il əvvəl müstəqillik əldə edən Azərbaycanın erməni işğalına məruz qalması da gənc vətən övladlarının səfərbər olmasını labüdləşdirdi. Çünki torpaqlarımızın azad edilməsi və dövlətçiliyimizin qorunmasında əsas məsuliyyət gənclərin üzərinə düşür.
Bu baxımdan, ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdlərinə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi həm hərbi xidmətə hazırlıq, həm də vətənpərvərlik hissinin aşılanması işində böyük əhəmiyyət daşıyır. Gənclərin və uşaqların hərbi düşərgələrə cəlb olunması, onların arasında müxtəlif hərbi oyunların, vaxtaşırı Hərb Tarixi Muzeyinə ekskursiyaların təşkili də təqdirəlayiq addımlardandır.
Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) də gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. SHXÇDX-nin Azərbaycanın bütün rayonlarında “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən tədbirləri bu işdə böyük rol oynayır.
Xatırladaq ki, SHXÇDX son 7 il ərzində gənclərin hərbi xidmətə çağırış prosesinin düzgün qurulması və mövcud problemlərin həll olunması baxımından xeyli işlər görüb. SHXÇDX rəisi general-leytenant Arzu Rəhimovun mütəmadi olaraq bölgələrdə vətəndaşları qəbul etməsi isə bu prosesə mühüm töhfə verir. SHXÇDX internet saytı üzərindən də müxtəlif xidmətlər göstərir. 2013-cü ildə istifadəyə verilən çağırışçılara hansı hərbi hissədə xidmət keçmələri barədə məlumatların verilməsi layihəsi isə əsas xidmətlərdən biridir.
Beləliklə, gənclərə təhsil aldığı dövrdə vətənpərvərlik hissinin aşılanması, SHXÇDX tərəfindən valideynlərə və çağırışçılara yüksək səviyyədə xidmətin göstərilməsi gənclərin vətənpərvər ruhda yetişmələrində və ruh yüksəkliyi ilə hərbi xidmətə yollanmalarında böyük rol oynayır. Bu müqəddəs fəaliyyətə töhfə vermək isə Vətən torpaqları işğal altında olan Azərbaycanın hər bir vətəndaşının borcudur.
Qaşqay ZİYƏDDİNOĞLU
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yaradılmasının 7-ci ildönümü
münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

