Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb

“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb

15.12.2018 [10:47]

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində BMT Uşaq Fondunun və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikanın ali və orta ixtisas məktəblərinin tələbələrinin iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda keçirilən maarifləndirici təlim başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin çıxış edərək Naxçıvanda gənclərin inkişafına yönəlmiş geniş imkanların yaradıldığının şahidi olduğunu vurğulayıb.
BMT-nin Azərbaycandakı ofisində humanitar proqramlar üzrə analitik Elgün Tağıyev çıxışında keçirilən təlimin əhəmiyyətindən danışıb, gənclərin bu sahədə fəallığının təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.
Təlimi BMT-nin Gənclər üzrə Məşvərət Şurasının üzvləri Şəhla Mirzəzadə və İlkin Əliyev aparıblar.
Əvvəlcə gənclərə təlimin ilkin anlayışlarını izah edən yazılı testlər təqdim olunub, intellektual oyunlar keçirilib. Bundan başqa, təlim müddətində gənclərə Dayanıqlı İnkişaf Məqsədləri barədə ətraflı məlumat verilib, onların fikir və mülahizələri dinlənilib, suallara aydınlıq gətirilib.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31