Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
18.12.2018 [10:03]
Dünən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirdiyi “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd əhalinin icbari tibbi sığorta (İTS) və sığorta çərçivəsində təminat verilən tibbi xidmətlər haqqında məlumatlılığını artırmaqdan, ictimaiyyətin rəy və münasibətini öyrənməkdən, Azərbaycanda İTS-nin uğurlu tətbiqi üçün alternativ dayanıqlı maliyyə mənbələrinin və bu sahədə beynəlxalq təcrübənin təhlili ilə əlaqədar araşdırmalar aparmaqdan ibarət idi.
Mükafatlandırma mərasimində çıxış edən Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova müsabiqədə iştirak edən KİV nümayəndələrinə, müsabiqənin təşkilinə dəstək göstərdiklərinə görə tvininq layihəsinin nümayəndələrinə öz dərin minnətdarlığını bildirib. Yazı müsabiqəsinə 29 məqalənin təqdim edildiyini diqqətə çatdıran departament rəhbəri məqalələrin Agentliyin və tvininq layihəsinin ekspertləri tərəfindən (7 nəfər) qiymətləndirildiyini qeyd edib.
Tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas deyib ki, sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi və media nümayəndələrinin prosesdə iştirakı çox önəmlidir. İTSDA-nın Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov və Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov əhalinin dolğun və obyektiv məlumatlandırılmasında KİV-in rolu və KİV nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsinin önəmindən bəhs ediblər.
Müsabiqədə ilk üç yeri tutanlar mükafatlandırılıblar. Bununla yanaşı, on nəfərə həvəsləndirici mükafatlar da təqdim edilib. Qeyd edək ki, mükafat alanlar sırasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı da var.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50

