2018-ci il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət daxil olub
09.01.2019 [09:43]
2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Daxil olan müraciətlərin 1432-si şəhərdaxili, 1995-i mobil telefon, 54-ü isə mobil sms-lə qeydə alınıb.
Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Xüsusilə də uşaqların məktəb həyatının başladığı dövrlərdə onlarda izlənilən həyəcan, özünəqapanıqlıq, qorxu, aqressiya valideynlər tərəfindən böyük narahatlıq və təlaşla qarşılanır, uşaqlara qarşı məhz bu səbəbdən kobud davranılır. Eyni zamanda, müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkən yeniyetmələr də üstünlük təşkil edir. Problemin səbəbi isə uşaqların valideyn və yaşıdları ilə münasibətdə yaşadıqları fikir ayrılıqları və buna qarşı özünümüdafiə mexanizmi kimi istifadə etdikləri aqressiya görünür.
Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinin əsas iş prinsipi - məxfilikdir. “Uşaq Qaynar Xətti” xidmətinə daxil olan bütün məlumat məxfi saxlanılır.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, onun qarşılaşdığı çətinliklərin həllinə dair məsləhətlər vermək, ehtiyac olduğu zaman müraciətlərin digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir.
Təklif edilən xidmət dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli imkanları məhdud olan, habelə sosial çətinliklər yaşayan ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan hər bir uşağın probleminin həll edilməsi üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, fəaliyyət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 36 289 müraciət daxil olub.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

