Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açılıb
11.01.2019 [09:42]
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə müxtəlif ekoloji və sosial layihələrə start verilib. Tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri həyata keçirilməkdədir. Bu xüsusda qeyd olunmalıdır ki, 2017-ci ildən başlayaraq IDEA tərəfindən yüzlərlə ofis və müəssisələrdə yerləşdirilən xüsusi təkrar emal qutuları vasitəsilə minlərlə ton kağız və plastik tullantı toplanaraq təkrar emala göndərilir. Bununla yanaşı, IDEA tərəfindən yaxın zamanlarda işlənmiş batareyaların toplanması üçün xüsusi qutuların da kütləvi şəkildə müəssisələrə paylanılması planlaşdırılır.
Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən bildirilib.
Digər məhsullar kimi, geyim əşyalarının da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.
Təkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb. Şəhərimizin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkrar istifadə qutuları ilkin olaraq “Bravo” hipermarketləri və Babək prospektində yerləşən “Bravo” supermarketində, həmçinin həmin prospektdəki “SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.
IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmadan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.
İanə qutularına toplanan əşyalar mütəmadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” və “Birlik” xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq. Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

