Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib
15.01.2019 [10:36]
Yanvarın 12-də Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyindəki beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, mediaturda Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.
Mediatur iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya, biologiya təmayüllü Respublika liseylərinin, eləcə də Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Dördüncü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib.
Hazırlıq mərkəzlərinin yaradılmasında məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Mərkəzlərə yerli və xarici ali məktəblərin, Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimlər cəlb olunub. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir.
Mediatur zamanı Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayev beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışıb.
Bildirilib ki, vaxtilə beynəlxalq olimpiada qalibi olmuş məzunlardan ali təhsillərini Bakıda davam etdirənlər ilboyu, ölkədən kənarda oxuyanlar isə qış və yay tətillərində yeni nəsil olimpiadaçıların yetişdirilməsində yaxından iştirak edirlər. Bu ildən etibarən ABŞ-ın Stenford Universitetinin məzunu, hazırda həmin ölkədə çalışan Cəfər Cəfərov şagirdlərimizə həftədə 2 dəfə onlayn dərs keçir.
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya və informatika olmaqla ümumilikdə 5 fənn üzrə hazırlıq aparılır. Aşağı və yuxarı yaş qruplarında hazırlıq dərsləri əsasən şənbə-bazar günləri və ya həftə ərzində dərsdən sonra təşkil edilir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Aydın Mirzəzadə Stenford Universitetinin məzunu Cəfər Cəfərovla videobağlantıya qoşularaq, ölkəmizdə aparılan təhsil islahatlarından və onun əhəmiyyətindən danışıblar. Deputatlar, eyni zamanda, müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, bu sahənin inkişafı və qazanılan uğurlarla bağlı fikirlərini qeyd ediblər. Cəfər Cəfərov beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan məktəbliləri hər il 15-dək müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər. 2017-2018-ci tədris ilində şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikat qazanıblar. Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədilə pilot layihə kimi 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir.
Daha sonra beynəlxalq olimpiadaların və “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin qalibləri ilə görüş olub.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21

