Jurnalistlər BSU-da qış imtahan sessiyasının gedişini izləyiblər
16.01.2019 [10:08]
Yanvarın 15-də Bakı Slavyan Universitetində (BSU) qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediatura “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla, 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. KİV nümayəndələri və müxtəlif media qurumlarının rəhbərləri əvvəlcə universitetin rektoru, professor Nurlana Əliyeva ilə görüşüblər. Nurlana Əliyeva imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Bildirib ki, imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüşlər keçirib, onlara öz tövsiyələrini verib. Tələbələrə imtahanlarda biliyin yeganə meyar olduğu izah edilib. Nurlana Əliyeva imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib.
Rektor BSU-da 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının uğurla davam etdiyini söyləyib. Diqqətə çatdırıb ki, ali məktəbdə artıq 357 imtahan təşkil olunub. Hazırda universitetin əsas və ikinci tədris binasında ümumilikdə 44 auditoriyada imtahan keçirilir. İmtahanların 33-ü əsas, 11-i isə ikinci tədris binasında aparılır. İmtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələri dərhal elan olunur. Saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala bilir, imtahan qərargahı ilə birbaşa əlaqə yaradırlar.
Media nümayəndələrinə o da bildirilib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və münaqişə komissiyası yaradılıb. İmtahan sessiyası dövründə BSU-da tələbələr üçün bu il də imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılıb.
Rəhbərlik etdiyi ali məktəbin keçdiyi yoldan, tədris prosesindən və beynəlxalq əlaqələrindən söz açan Nurlana Əliyeva BSU-nun Rusiyanın 28 universiteti ilə əməkdaşlıq müqaviləsi bağladığını, birgə konfranslar, seminarlar keçirdiyini, tələbə-müəllim mübadiləsi apardığını deyib. Eyni zamanda, qonşu ölkənin bir çox ali təhsil ocaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sonra KİV nümayəndələri imtahanların gedişini izləyib, BSU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər. Bununla yanaşı, qonaqlar Operativ qərargahın işi ilə də əyani tanış olublar. Qərargahın rəhbəri, professor Habil Məmmədov KİV nümayəndələrinə qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə ətraflı məlumat verib.
Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiklərini vurğulayıblar. Bir sözlə, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə bütün şərait yaradılıb.
Görüşün sonunda jurnalistlərin imtahan sessiyası ilə bağlı təəssüratları dinlənilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

