Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar
18.01.2019 [09:28]
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycan gömrük xidməti yeni inkişaf dövrünü yaşayır
Ölkələrin giriş-çıxış qapılarında yaradılan gömrük keçid məntəqələri bir növ dövlətlərin vizit vərəqi hesab olunur. Buradakı nizam-intizamın, səliqə-sahmanın, xidmət heyətinin rəftarının və peşəkarlığının yaratdığı ilkin təəssürat sonradan qonaqlarda ölkəyə ümumi münasibətin formalaşmasında mühüm rol oynayır. Bu mənada respublikamızın giriş-çıxış qapılarında gömrük xidmətinin yüksək səviyyədə təşkil edilməsi böyük aktuallıq daşıyır. Ölkəmizdə gömrük xidmətinin qabaqcıl dünya təcrübəsi əsasında tənzimlənməsi üçün möhkəm hüquqi baza yaradılıb, bütün məntəqələrdə müasir infrastruktur qurulub, həmçinin əməkdaşların peşəkarlıq səviyyəsi davamlı olaraq artırılır. Gömrük xidmətinin yüksək səviyyədə qurulması isə öz növbəsində müstəqil Azərbaycanın dünyaya təqdimatında, beynəlxalq miqyasda respublikamızın müsbət imicinin formalaşmasında, həmçinin ölkənin iqtisadi maraqlarının qorunmasında, uğurlu fiksal siyasətin təmin olunmasında, qaçaqmalçılığın qarşısının alınmasında mühüm rol oynayır. Bu gün Azərbaycanın nümunəvi inkişaf modeli, iqtisadi sahədəki uğurları bütün dünyada böyük maraqla izlənilir ki, burada da Dövlət Gömrük Komitəsinin nümunəvi fəaliyyətini, müstəsna töhfələrini xüsusi vurğulamaq lazımdır.
Müstəqil Azərbaycanda nümunəvi gömrük xidmətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
Əlbəttə, Dövlət Gömrük Komitəsinin müstəqil respublikamızın iqtisadi maraqlarına xidmət göstərən nüfuzlu bir quruma çevrilməsi, necə deyərlər, bir anın işi deyil və bu heç də sehrli çubuğun sayəsində baş verməyib. Milli gömrük xidmətinin indiki yüksək səviyyəsindən söhbət açarkən ilk növbədə keçilmiş yola nəzər salmaq lazımdır.
Qeyd edək ki, ölkəmizdə bir çox sahələr kimi, müasir gömrük xidmətinin də əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın yüksələn xətlə inkişafı, respublikamızın real suverenliyinin təmin edilməsi məhz Ulu öndərin rəhbərliyi ilə ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlıdır. Məhz Ümummilli liderin çox böyük səyləri sayəsində Azərbaycanda qısa bir zamanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.
Azərbaycan Respublikasının Gömrük Komitəsi müstəqilliyimizin ilk illərində, daha doğrusu, 1992-ci il yanvarın 30-da yaradılsa da, ilk vaxtlarda ölkədəki xaos və hərc-mərclik bu sahənin də inkişafına mane oldu. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gələn Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan etibarən Ulu öndərin müdrik, uzaqgörən siyasəti sayəsində respublikanın ictimai-siyasi həyatında müsbət dəyişikliklər baş verdi, eyni zamanda, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artması xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi. Və Ulu öndərin tapşırığına əsasən 1995-ci ilin yanvarından etibarən bu sahədə köklü islahatların həyata keçirilməsinə başlanıldı. Ulu öndər Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı keçirilən müşavirədə Özünün dəyərli tövsiyələrini verərək vurğuladı ki, “biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”.
Ümumiyyətlə, müdrik dövlət xadimi olan Ulu öndər Heydər Əliyev müstəqil respublikamızda gömrük xidmətinin yüksək səviyyədə təşkil edilməsinə həmişə böyük həssaslıqla yanaşırdı. Onun imzaladığı müvafiq Sərəncama əsasən respublikamızda 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi Ulu öndərin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi.
Dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrası yüksək səviyyədə təmin edilir
Məlum olduğu kimi, müstəqil respublikamızda dövlət siyasətində varislik yüksək səviyyədə təmin edilir. O cümlədən Ulu öndərin ölkəmizdə gömrük xidmətinin yüksək səviyyəyə qaldırılması və iqtisadi maraqlarımızın dolğun şəkildə qorunması ilə bağlı əsasını qoyduğu siyasət müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən daha da dərinləşdirilib. Son illərdə Azərbaycanın dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında, sahibkarlıq mühitinin yaxşılaşdırılmasında, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsində, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Ölkə Prezidenti yeni iqtisadi şəraitdə gömrük orqanları qarşısında gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub və gömrük orqanları tərəfindən bu tapşırıqların yüksək səviyyədə icrası təmin edilir. Artıq tarixə dönən 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.
Gömrük sistemində aparılan islahatlar kompleks səciyyə daşıyır
Yeni iqtisadi şəraitdə ölkənin gömrük sistemində aparılan islahatlar kompleks səciyyə daşıyır. Yeri gəlmişkən KİV-ə müsahibəsində gömrük sistemində aparılan islahatlara toxunan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin də vurğuladığı kimi, 2018-ci ildə gömrük sistemində idarəetmənin keyfiyyətini artırmaq məqsədilə struktur islahatları həyata keçirilib. Müasir standartlar nəzərə alınmaqla, Komitə aparatının və Komitə sisteminə daxil olan yerli və ixtisaslaşdırılmış gömrük idarələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, yerli və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında 5 yeni baş idarə yaradılıb, fəaliyyət istiqamətlərinə uyğun olaraq Komitə aparatının struktur bölmələri yenidən formalaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqinə başlanılıb. İndiyədək 60-a yaxın xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib.
Bəzi ölkələrlə (Gürcüstan, Ukrayna, İran və Türkiyə) dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin aparılması təmin edilib. Bu isə dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələrinə nəzarətin daha sürətli və daha keyfiyyətli həyata keçirilməsinə imkan verir. Komitə sədrinin bildirdiyi kimi, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamında da məqsəd qarşıya qoyulan tapşırıqların operativ və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir.
Elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi gömrük orqanlarının fəaliyyətində səmərəliliyin artmasına müsbət təsir göstərir
Aparılan islahatlar çərçivəsində həmçinin elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənib ki, bu da gömrük orqanlarının fəaliyyətində səmərəliliyin artmasına müsbət təsir göstərir. Prezident İlham Əliyevin 28 iyun 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na əsasən, idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemini tətbiq edəcək icraçı orqanlardan biri də Dövlət Gömrük Komitəsidir.
Eyni zamanda, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) layihəsi bugünkü elektron gömrük xidmətinin əsasını təşkil edir. Komitə elektron gömrük xidmətinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması istiqamətində görülən işləri sürətləndirməyi qarşıya əsas məqsəd qoyub.
Gömrük nəzarətinin səmərəliliyini artırmaq və xarici ticarət iştirakçılarına öhdələrində olan mallardan daha səmərəli istifadəni təmin etmək məqsədilə müvəqqəti saxlanc anbarlarının yaradılmasına başlanılıb. Komitədə müvəqqəti saxlanc anbarlarının reyestri yaradılıb. Bu barədə xarici iqtisadi fəaliyyət iştirakçılarının məlumatlandırılması üçün reyestr Dövlət Gömrük Komitəsinin internet portalında yerləşdirilib. Eyni zamanda, bu anbarlarda malların yerləşdirilməsi və hərəkəti üzrə “VAİS-Anbar” altsistemi istismara verilib.
Dövlət Gömrük Komitəsi öz fəaliyyətində Elektron Hökumət layihəsinə töhfə vermək, vətəndaşlara yüksək xidmət göstərmək, beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq üçün tədbirləri davam etdirir. Bu sahədə həyata keçirilən islahatlardan danışarkən “bir inspektor - bir nəqliyyat vasitəsi” layihəsini də xüsusi vurğulamaq yerinə düşər. Məlumat üçün bildirək ki, Dövlət Gömrük Komitəsi tərəfindən “bir pəncərə” sistemini təkmilləşdirmək üçün həyata keçirilən “bir inspektor - bir nəqliyyat vasitəsi” layihəsi vasitəsilə xidmətlərin göstərilməsi vətəndaş məmnunluğunu artıracaq. Hazırda gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyəti də yeni tələblərə uyğun qurulur. Artıq ölkəmizin 9 gömrük-keçid məntəqəsində avtomobillərə, 2 dəmiryol-keçid məntəqəsində isə qatarlara gömrük nəzarəti dünyada ən müasir avadanlıq hesab edilən “Smith Detection” vasitəsilə həyata keçirilir.
Zahid İlhamoğlu,
Yazı “Gömrük orqanlarında
aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda
yazı müsabiqəsinə təqdim olunur
Xəbər lenti
Hamısına baxDünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26

