Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
19.01.2019 [10:24]
Yanvarın 18-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Komitənin rəhbərliyi və kollektivinin, Milli Məclisin deputatlarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin, Milli Məclisinin deputatları Məlahət İbrahimqızı və Qənirə Paşayevanın çıxışları dinlənilib.
Bildirilib ki, Azərbaycan xalqının böyük qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 29 il ötür. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində 147 nəfər şəhid olub, 700-dən çox insan yaralanıb və xəsarət alıb. O dövrdə 20 Yanvar hadisələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər barədə dünya ictimaiyyətinə düzgün məlumatın verilməsi xüsusi əhəmiyyətli bir məsələ idi. Qara Yanvar hadisələrindən sonra məhz Ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində, Sovet İttifaqı rəhbərlərinin hadisənin əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi cəhdlərinin qarşısı alınıb.
Qeyd edilib ki, 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra hər il Qanlı Yanvar qurbanlarının xatirəsi ölkəmizdə çox yüksək səviyyədə yad edilir. Hər il Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi tədbirlər planı həyata keçirilir. Bu qanlı, eyni zamanda, qəhrəmanlıq rəmzi olan tarixdən 29 il keçsə də, 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi istər respublikamızda, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır.
Diqqətə çatdırılıb ki, Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə edib və bu siyasət indi də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinin və bu faciə zamanı sağlamlığını itirən əlillərin sosial müdafiəsi hər zaman dövlət başçısının diqqətindədir, həyata keçirilən dövlət siyasətinin önəmli bir hissəsidir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli aidiyyəti dövlət qurumları qarşısında mühüm vəzifələrdən biri kimi qoyulub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Bildirilib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
Qeyd olunub ki, bütün təzyiqlərə və faciələrə baxmayaraq, heç bir qüvvə xalqımızın azadlıq arzularını, dövlətçilik ənənələrini məhv edə bilməyib. Azərbaycan müstəqilliyini bərqərar etdikdən sonra sürətlə inkişaf edib və regionun qabaqcıl ölkələrindən birinə çevrilib. Ölkəmizin müstəqilliyi uğrunda yola birincilər sırasında çıxanlar isə həyatlarını qurban vermiş - şəhid olmuş soydaşlarımız idi.
Sonda İctimai Televiziya tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə həsr edilən “Zamanın sınaq yolu” adlı filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

