Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Psixoloji yardım haqqında" qanunun tətbiqi əhalinin sağlamlığının daha effektiv qorunması yönündə mühüm addım olacaq

"Psixoloji yardım haqqında" qanunun tətbiqi əhalinin sağlamlığının daha effektiv qorunması yönündə mühüm addım olacaq

29.01.2019 [15:27]

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə müvafiq Fərman imzalayıb.
"Belə bir mütərəqqi qanunun tətbiqi nəticəsində əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq, hər kəs cəmiyyətin saflaşması, dövlətin inkişafı, Vətənin çiçəklənməsi uğrunda öz üzərinə düşən məsuliyyəti daha dərindən və dəqiqliyi ilə dərk edəcək". Bu fikirləri "Loqos" Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova "Yeni Azərbaycan" qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, Qanun Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarının və vəzifələrinin müəyyən edilməsini, bu sahədə yaranan münasibətləri tənzimləyir. T.Məmmədova psixoloji yardım, psixoloq, psixoloji yardım alan şəxs, psixoloji yardım standartları, ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik (tibbi) psixoloq və psixologiya, psixoloji problem, klinik psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb. Psixoloqun sözlərinə görə, psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir.
Mərkəz rəhbəri bildirib ki, qanunun tətbiqi nəticəsində psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən minimum tələblərin məcmusu, o cümlədən ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri, bu yardımı göstərmək hüququ olan şəxslərə dair tələblər, kliniki psixoloqlara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədə olma müddətinin dayandırılması, ləğv edilməsi  qaydası təsdiq ediləcək. Bildirib ki, qanunun tətbiqi zamanı əhaliyə yüksək psixoloji yardımın əsas istiqamətləri üzrə nəzarəti şəxsən ölkə başçısının Öz üzərinə götürməsi "Mən hər bir azərbaycanlının Prezidentiyəm" fikrinin növbəti dəfə təntənəli şəkildə təsdiqidir.
"Loqos" Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru qanunda Psixoloji yardımın növləri və formalarının profilaktika, maarifləndirmə, konsultasiya, psixoloji dəstək, müayinə (diaqnostika), psixoterapiya, reabilitasiya, korreksiya, treninq - təlim anlayışları əsasında dəqiqliyi ilə göstərildiyini deyib. O, yardımın prinsiplərinə də aydınlıq gətirib. Bildirib ki, psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir, yardımın anonimliyi qorunur.
Həmçinin qanunda psixoloji yardım göstərmək hüququ olan şəxslərin vəzifələri də göstərilib. T.Məmmədovanın sölərinə görə, bu Qanunun tələblərinə uyğun olaraq psixoloji yardım alan şəxsə peşəkar, keyfiyyətli və psixoloji yardım standartlarına uyğun psixoloji yardım göstərmək, onun hüquqları, vəzifələri, göstərilən yardımın növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri haqqında məlumat vermək, psixoloji yardım göstərməkdən imtina etdikdə, bunun səbəbləri barədə həmin şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat vermək, yardım göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq,psixoloji yardım standartlarına və qaydalarına, psixoloqun peşə etikasına riayət etmək, şəxs haqqında məlumatın konfidensiallığını təmin etmək, o cümlədən psixoloji müayinənin nəticələrinə uyğun olaraq digər yüksək ixtisaslı mütəxəssislərlə psixoloji konsilium təşkil etmək bu vəzifələrə aiddir.
"Bir sözlə, "Psixoloji yardım haqqında" qanunun tətbiqi əhalinin sağlamlığının daha effektiv qorunması yönündə mühüm addım olacaq", -deyə T.Məmmədova söyləyib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 1044 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31