Gömrükçülərin peşə bayramı qeyd edilib
31.01.2019 [08:58]
Yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 27-ci ildönümü, gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim və Dövlət Gömrük Komitəsinin 2018-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gömrük orqanlarının Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasına uyğun inkişaf etdiyini və ölkəmizin mühüm dövlət təsisatlarından birinə çevrilməklə yanaşı, dünya gömrük ailəsində yüksək etibar və etimad qazandığını deyib. Son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini diqqətə çatdıran S.Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və ən əsası, şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə edilib.
Komitə sədri vurğulayıb ki, gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına, bir sözlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb: “Prezident İlham Əliyevin tarixi İpək Yolu üzərində strateji mövqe tutan ölkəmizin tranzit potensialının gücləndirilməsi, ixrac potensialının artırılması istiqamətində atdığı addımlar gömrük orqanlarının da qarşısında yeni hədəflər müəyyənləşdirib. Artıq ən müasir idarəetmə strukturuna malik Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən - xidmətə doğru dəyişdirərək beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, ən müasir gömrük nəzarət üsul və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atır”.
Qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması məqsədilə fevralın 1-də tətbiqinə başlanacaq “Yaşıl dəhliz” buraxılış sisteminin ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, şəffaflığın təmin olunması və könüllü riayət prinsipinin formalaşmasında vacib rol oynayacağını bildirən S.Mehdiyev gömrük orqanlarının bu layihənin icrasını uğurla reallaşdıracağına əminliyini ifadə edib.
Daha sonra kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, hesabat ilində, ilk növbədə, çevik idarəetmə sistemi yaradılmaqla Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrin vaxtında və operativ sürətdə yerinə yetirilməsinə daha əlverişli şəraitin yaradılması, komitənin struktur bölmələrinin fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyin təkmilləşdirilməsi, eyni və oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsi və nəticədə gömrük xidmətinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə DGK-nın strukturu təkmilləşdirilərək paralel və bir-birini təkrarlayan struktur bölmələrinin əvəzinə yeni struktur bölmələri, o cümlədən ərazi və ixtisaslaşdırılmış gömrük idarələri yaradılıb.
O qeyd edib ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə büdcəyə 3 milyard 434 milyon manat gömrük ödənişlərinin köçürülməsini təmin edib, ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. 2018-ci ilin iyun ayında illik büdcə proqnozunun dürüstləşməsi zamanı Dövlət Gömrük Komitəsi üçün əlavə olaraq 760 milyon manat büdcə öhdəliyinin müəyyənləşdirilməsini nəzərə alsaq, bütövlükdə 3 milyard 190 milyon manat proqnoza qarşı faktiki olaraq 244 milyon manat gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Digər çıxış edənlər ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.
Bundan başqa, iclasın gündəliyindəki “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Ticarətin Asanlaşdırılması üzrə Konsepsiyası”, “Azərbaycan Respublikasında tranzit əməliyyatlarının gömrük tənzimlənməsinin inkişafı Konsepsiyası”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il üçün İş Planı”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi haqqında Əsasnamə” müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Həmçinin Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları verilib, eləcə də komitənin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar və xüsusi rütbələr verilməsinə dair DGK sədrinin müvafiq əmrlərinin imzalandığı diqqətə çatdırılıb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18

