Gənclər Təşkilatları Milli Şurası media ilə əməkdaşlığa böyük önəm verir
01.02.2019 [09:37]
Yanvarın 31-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) rəhbərliyinin media nümayəndələri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Şuranın sədri Məryəm Məcidova, baş katib Hüseyn Məmmədov, ictimaiyyətlə əlaqələr üzrə katib Günel Salayeva və yerli media orqanlarının nümayəndələri iştirak ediblər.
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə iştirakçılara təbriklərini çatdıran M.Məcidova bildirib ki, 1995-ci il noyabrın 21-də təsis olunan Şura hazırda sıralarında 128 gənclər təşkilatını birləşdirir. Ölkə gənclərinin və gənclər təşkilatlarının yeganə konfederativ qurumu, vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olan GTMŞ-nin məqsədi üzvlərin fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.
Mətbuat nümayəndələri ilə səmərəli əməkdaşlığın qarşıdakı dövrdə də davam etdiriləcəyini vurğulayan M.Məcidova son dövrdə medianın, xüsusilə sosial şəbəkələrin və onlayn xəbər saytlarının fəaliyyətinin böyük önəm daşımasından, informasiyanın gənclərə çevik və operativ şəkildə çatdırılmasının əhəmiyyətindən danışıb. O, KİV ilə əməkdaşlığın Gənclər Təşkilatları Milli Şurasının bundan sonrakı fəaliyyətində də prioritet məsələlərdən olacağını bildirib.
Sonra Şuranın baş katibi H.Məmmədov qurumun 2019-cu il üzrə fəaliyyət planı, həyata keçiriləcək proqram, layihə və kampaniyalar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Azərbaycanın gənclər təşkilatları dayanıqlı inkişaf naminə”, “Azərbaycan üçün bir olaq: gənclər təşkilatının onlayn töhfəsi”, “Gənclər təşkilatlarının iştirakçılığı və inklüzivlik” proqramları növbəti il ərzində GTMŞ-nin fəaliyyətində mühüm yer tutacaq.
Görüşün yekununda M.Məcidova Gənclər Təşkilatları Milli Şurasının 24 illik fəaliyyətini geniş işıqlandırdıqlarına və səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib, bu işgüzar münasibətlərin qarşıdakı illərdə də davam etdiriləcəyinə əminliyini diqqətə çatdırıb.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

