/ / Dövlət Miqrasiya Xidməti ilə Niderlandın müvafiq qurumları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidməti ilə Niderlandın müvafiq qurumları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
01.02.2019 [09:50]
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Niderland Krallığında səfəri çərçivəsində bu ölkənin Repatriasiya və Geri Qaytarma, eləcə də İmmiqrasiya və Naturalizasiya xidmətlərinin rəhbərləri ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə DMX ilə Niderlandın müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinə, miqrasiya və sığınacaq sahələrində qarşılıqlı maraq doğuran məsələlərə, eləcə də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icra vəziyyətinə, həmin sənədin həyata keçirilməsi üzrə protokol layihəsinə dair müzakirələr aparılıb. Söhbət zamanı iki ölkənin müvafiq qurumları arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsi istiqamətində atıla biləcək addımlara toxunulub.
Bununla yanaşı, Azərbaycan Respublikasına geri qaytarılan şəxslərin cəmiyyətə reinteqrasiyasına yardım göstərilməsi məqsədilə 2019-cu ilin yanvarından etibarən Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” adlı yeni layihənin icra vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, səfər müddətində Niderlandın sığınacaq axtaran şəxslərin qəbul və yerləşdirmə mərkəzləri, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə tanışlıq səfərləri təşkil olunub. Sığınacaq üçün müraciətlərlə bağlı prosedurlara, sığınacaq verilmiş üçüncü ölkə vətəndaşlarının sosial müdafiəsinin təmininə, həmin şəxslərin cəmiyyətə inteqrasiyasına dair Niderlandın təcrübəsi öyrənilib. Nümayəndə heyəti əcnəbilərə “bir pəncərə” prinsipi üzrə xidmət göstərən və miqrasiyanın Niderland Krallığının iqtisadiyyatına müsbət təsirini təşviq edən “Əcnəbi Mərkəzi”nin iş prinsipi ilə tanış olub.
Səfər çərçivəsində Vüsal Hüseynov Azərbaycanın Niderlanddakı diplomatik nümayəndəliyinin müşayiəti ilə Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.
Xəbər lenti
Hamısına baxGündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25

